Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiyanı tərk etmək istəyənlərin sayının kəskin artması səbəbilə Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Məlumatı "Azadlıq" radiosunun rusdilli xidməti yayıb. 

Bildirilib ki, sentyabrın 23-də saat 03:30-dan etibarən Vladiqafqazda Moskovskiy və Kosta prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və Gürcüstanla gömrük-keçid məntəqəsi istiqamətində yalnız yerli qeydiyyat nişanına malik avtomobillər buraxılır.

Məlumata görə, bu səbəbdən Gürcüstan sərhədinə doğru insanlar piyada, skuterlə, velosipedlə, bəzi hallarda isə yerli sakinlərdən onları sərhədə çatdırması üçün ödəniş etməklə gəlirlər.

Şimali Osetiya rəsmiləri yaranmış vəziyyətə dair rəy bildirməyib.

23.09.2022 18:58
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar