"Grand-Agro" Azərbaycanın zeytun potensialını Madriddə təqdim edib
Görüşlər, "Grand-Agro" şirkətinin və ona məxsus "Olivea" brendlərinin təqdimatı keçirilib. Həmçinin zeytunçuluğun daha da inkişaf etdirilməsi üçün lazımi addımlar, Azərbaycan məhsullarının dünya bazarında mövqeyinin gücləndirilməsi üçün görülməli olan texniki işlər barədə müzakirələr aparılıb.Azərbaycanın kənd təsərrüfatı və ixrac sektorunda aparıcı qüvvəyə çevrilən "Grand-Agro" şirkəti İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən mühüm görüşlərdə ölkəmizi təmsil edib.
İqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində yer alan şirkət təmsilçisi, Azərbaycanın zeytunçuluq sektorunun qlobal rəqabət qabiliyyətini diqqətə çatdırıb.
İspaniya Ticarət Palatası ilə görüş
Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq İspaniya Ticarət Palatasının rəhbərliyi ilə bir araya gəlib. Görüş zamanı iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcək investisiya imkanları barədə qısa fikir mübadiləsi aparılaraq, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Səfərin əsas diqqət mərkəzi Beynəlxalq Zeytun Şurası (IOC) ilə keçirilən strateji görüş olub. Şuranın prezidenti Jaime Lillo López tərəfindən qarşılanan Azərbaycan nümayəndə heyəti üçün ayrılan hissədə, "Grand-Agro" şirkətinin və ona məxsus "Olivea" brendlərinin təqdimatı keçirilib.
Təqdimat zamanı Azərbaycanın bu gün Mərkəzi Avropa və Cənub-Qərbi Asiyanın ən böyük zeytun bağlarına sahib olduğu xüsusi vurğulanıb. "Grand-Agro"nun təmsilçisi Səid Namazov çıxış edərək qeyd edib ki, yüksək keyfiyyətli Azərbaycan zeytun yağları artıq İspaniya, Türkiyə, BƏƏ (Dubay), Gürcüstan və Rusiya kimi ölkələrin bazarlarında yer alaraq beynəlxalq standartlara tam cavab verdiyini sübut edib.
Rəsmi çıxışlardan sonra keçirilən işçi müzakirələrdə AZPROMO, "Grand-Agro" və digər şirkət nümayəndələri Şuranın rəhbərliyi ilə zeytunçuluğun daha da inkişaf etdirilməsi üçün lazımi addımları müzakirə ediblər. Görüşdə Şuranın təmin etdiyi dəstək mexanizmləri və Azərbaycan məhsullarının dünya bazarında mövqeyinin gücləndirilməsi üçün görülməli olan texniki işlər barədə müzakirələr aparılıb.
Bu görüşlər "Grand-Agro"nun Azərbaycanın zeytunçuluq şöhrətini beynəlxalq arenada inkişaf etdirmək və ölkəmizi qlobal ixracatçı kimi möhkəmləndirmək strategiyasının mühüm tərkib hissəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























