İlk milli ictimai nəqliyyat ödəniş həlli olan CityCard qlobal sazişə imza atır.
Ölkəmizdə nəqliyyat və fintex sahəsində innovasiya yeni bir mərhələyə qədəm qoyur. Payriff şirkəti Azərbaycanın ilk və tək milli ictimai nəqliyyat ödəniş həlli olan CityCardın ABŞ və Avropa bazarlarında tətbiqi ilə əlaqədar olaraq ABŞ-ın Sentry Management Solutions şirkəti ilə Anlaşma Memorandumu (MOU) imzalayıb.
Payriff tərəfindən təqdim olunan CityCard ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən və 2016-cı ildən etibarən Nyu-York şəhərinin nəqliyyatın idarə olunması üzrə texnologiya həlləri təqdim edən Sentry Management Solutions şirkəti ilə strateji tərəfdaşlığa başlayır. Bu əməkdaşlıq Azərbaycanın yerli texnologiya məhsulunun beynəlxalq bazara çıxışı baxımından mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, CityCard Nəqliyyat Ödəniş Platforması AZCON Holding-in sifarişi və dəstəyi ilə Payriff tərəfindən 2025-ci ildə yaradılıb və pilot şəhər olaraq Gəncədə uğurla tətbiq olunub. İndiyədək bu sistem vasitəsilə 24 milyondan çox gediş həyata keçirilib. Növbəti mərhələdə isə Naxçıvan, Şamaxı və digər şəhərlərdə də tətbiqi nəzərdə tutulur. Ölkəmizdəki fəaliyyəti ilə yanaşı, ölkənin ilk milli ictimai nəqliyyat ödəniş həlli kimi qısa müddətdə uğur qazanan CityCard artıq yalnız lokal bazarda deyil, qlobal miqyasda da innovativ nəqliyyat həllərinin inkişafına töhfə verməyə hazırlaşır.
CityCard-ın rəqəmsal ödəniş infrastrukturu və ictimai nəqliyyat sahəsindəki təcrübəsi Sentry Management Solutions-un qlobal nəqliyyat idarəetmə təcrübəsi ilə birləşərək daha ağıllı, səmərəli və müasir nəqliyyat həllərinin yaradılmasına imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















