Sığorta haqqı pullarının 80 faizi 5 şirkətin kassasına daxil olur
Bu ilin yanvar ayında Azərbaycanda toplanılmış 112 milyon 26 min manat sığorta haqqının 90 milyon 64 milyon manatı və yaxud 80,4%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Sığorta" (56 milyon 578 min manat), "PAŞA Həyat Sığorta" (14 milyon 991 min manat), “İpək Yolu Sığorta” (7 miylon 881 min manat), “Qala Sığorta” (6 milyon 976 min manat) və "Atəşgah Sığorta" (3 milyon 638 min manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (2 min manat), "Bakı Sığorta" (106 min manat), "Naxçıvan Sığorta” (121 min manat) və “Xalq Həyat Sığorta” (189 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 418 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,4%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 21 milyon 544 milyon manat (19,2%) təşkil edib.
Ödənişlərinin 77%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 26 milyon 747 milyon manat sığorta ödənişinin 20 milyon 547 min manatı və yaxud 76,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (10 milyon 317 min manat), "PAŞA Sığorta" (5 milyon 415 min manat), "Xalq Sığorta" (1 milyon 722 min manat), “Atəşgah Həyat Sığorta” (1 milyon 605 min manat) və “Atəşgah Sığorta” (1 milyon 488 min manat) ASC-lərdir.
Ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "İpək Yolu Sığorta" (7 min manat), "Bakı Sığorta" (19 min manat) və "Amrah Sığorta" (47 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 73 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin ümumi ödənişləri isə 6 milyon 127 min manat (22,9%) təşkil edib.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 40 d. əvvəl
-
-
45 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
48 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ


























