"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
“InvestAZ İnvestisiya Şirkəti” QSC tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında tələbələrin maliyyə savadlılığı istiqamətində praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Müasir yatırım imkanları” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub.
Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb.
Tədbiri tədris müdiri Yusif Abayev açaraq sənaye nümayəndələri ilə keçirilən görüşlərin tələbələrdə praktik vərdişlər formalaşması istiqamətində faydasını qeyd etdi.
Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi, PhD Rövşən Məmmədov çıxış edib. O, “Birjada qiymətin dəyişməsindən necə qazanmaq olar?” mövzusuna toxunaraq, maliyyə bazarlarının təkcə artım deyil, həm də eniş trendlərində təqdim etdiyi imkanları izah edib. R.Məmmədov risklərin idarə olunması, müasir investisiya strategiyaları və birja əməliyyatlarının texniki-fundamental əsasları barədə ətraflı məlumat verərək, real bazar nümunələri ilə fikirlərini əsaslandırıb.
Daha sonra “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin mütəxəssizi Rəşad Mustafayev “Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, blokçeyn texnologiyasının yaratdığı yeni perspektivlər və kriptovalyuta bazarının özünəməxsus xüsusiyyətləri vurğulanıb. R.Mustafayev bu sahədə mövcud olan texnoloji yanaşmalar və qlobal iqtisadiyyata təsirləri barədə iştirakçıları məlumatlandırıb.
Məruzələr başa çatdıqdan sonra tədbir sual-cavab formatında davam edib. Tələbələr və müəllim heyəti tərəfindən ünvanlanan müasir maliyyə alətləri, investisiya riskləri və rəqəmsal iqtisadiyyatın gələcəyi ilə bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























