Avtomobil istehsalçıları 80 min nəfəri işdən çıxaracaq
Qlobal avtomobil istehsalçıları artan xərc, dəyişən istehlakçı meylləri və texnologiyadakı sürətli dəyişikliklərin təsiri ilə gələcək illərdə 80 min nəfəri işdən çıxaracaqlar.
2019-cu il, azalan tələb və texnologiyadakı kəskin dəyişmə ilə avtomobil sektoru işçiləri üçün ən pis illərdən biri oldu."Daimler AG" və "Audi" ötən həftə 20 min nəfəri işdən çıxaracaqlarını açıqladlar.
"Marja" xəbər verir ki, "Bloomberg News" tərəfindən toplanmış məlumatlara görə, avtomobil istehsalçıları gələcək illərdə 80 mindən çox adamı işdən çıxaracaqlar. Müəssisələrin daha çox Almaniya, ABŞ və İngiltərədə yerləşmələri ilə bərabər istehsalçılar sürətli böyüyən iqtisadiyyatlarda da fəaliyyətlərini azaldırlar.
"General Motors Co", "Ford Motor Co", "Nissan Motor Co" və Almaniyanın avtomobil şirkətləri geniş miqyaslı qənaəti tədbirlərinə start veriblər.
Ticarət gərginliyi, xərclərin yüksəlməsi və sərmayələrin tıxanması səbəbilə çətinlik çəkən sektor, elektrikli avtomobil, sürücüsüz sürüş və yeni xidmətlərin də təsiri ilə məşğulluğu yenidən nəzərdən keçirir.
"IHS Markit"in araşdırmasına görə, qlobal avtomobil sənaye bu il bir əvvəlki illə müqayisədə təxminən 6% azalma ilə 88.8 milyon ədəd avtomobil istehsal edəcək.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























