Audi RS Q8 - Yeni ilin əvvəlindən sifarişlər qəbul olunur!
(®) Nəhayət uzun müddətdir gözlənilən Audi RS Q8 modeli Los Ancelesdə dünyaya təqdim olunub.
Bu avtomobil artıq Nürburqrinq yarış trekinin ən sürətli SUV adına layiq görülüb. Avtomobilin sükanı arxasında yarış pilotu Frenk Stippler əyləşib. O, Şimal ilgəyində 20,6 km məsafəni qət etməyə 7 dəq 42 saniyə vaxt sərf edib.
RS Q8 600 at gücü və 800 Nm hasil edən V8 4.0 biturbo mühərrik ilə təchiz olunub. Texniki göstəricilər RS6 Avant və RS7 Sportback ilə eynidir. 0-100 km/s sürətlənmə üçün RS Q8 cəmi 3.8 saniyə sərf edir. Maksimal sürət göstəricisi 250 km/s təşkil edir. Sifariş ilə bu göstəricini 305 km/s-dək artırmaq olar. Üstəlik RS Q8 modelininin mühərriyi 48 volt starter-qenerator ilə təchiz olunub. Sürücü hərəkət zamanı comfort, dynamic, allroad, offroad və ekstremal RS1 və RS2 rejimlərini seçə bilər.
RSQ8 -in zahiri görünüşü digər SUV-lardan fərqlənir: ön hissədə yerləşən radiator barmaqlığı, iri diffuzor, seçilən bamperlər, 23 düymlük təkər diskləri. İnteryerin gözəçarpan sport oturacaqları, virtual cihazların RS-qrafikası, fərqli sükanı bu avtomobilin sport xüsusiyyətlərini vurğulayır. Əyləncə,telefon, naviqasiya və s. kimi opsiyalar 10.1 və 8.6-düymlük monitorlarda idarə olunur.
"Audi AG" şirkətinin Azərbaycandakı rəsmi idxalçısı "Dream Auto" şirkəti (Audi Bakı Mərkəzi) bildirir ki, Azərbaycan üçün bu modelin sifarişi 2020-ci ilin fevral ayından mümkün olacaq.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























