Fermerlərə 63 milyon manat da subsidiya ödəniləcək - QƏRAR QƏBUL EDİLDİ
2019-cu ildə becərmədə istifadə edilən yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, təhvil verilən yaş baramaya görə fermerlərə 86 milyon manatdan çox subsidiya veriləcək
Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində, barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin satış qiymətinə tətbiq edilən güzəştin ödənilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin təqdim etdiyi sənədlərə baxılıb.
Respublika Komissiyası dövlət büdcəsinin vəsaiti hesabına 31 rayon (şəhər) üzrə 278419 istehsalçıya 907997,97 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 62127,7 min manat, 9 rayon (şəhər) üzrə 2100 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 217529,2 kiloqram yaş baramaya görə 1087,6 min manat məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.
Ümumilikdə, 2019-cu ildə Respublika Komissiyası 59 rayon (şəhər) üzrə 383665 istehsalçıya 1214259,08 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 83240,7 min manat, 36 rayon (şəhər) üzrə 5543 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 624427,65 kiloqram yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 3122,1 min manat məbləğində subsidiya ödənilməsi barədə qərar qəbul edib.
Respublika Komissiyası qeyd edilənlərlə yanaşı 23 satıcı təşkilata 92137 istehsalçıya 388450,29 hektara görə satılmış mineral gübrələrin qiymətinə tətbiq edilmiş 36447,4 min manat, 64757 istehsalçıya 253427,94 hektara görə satılmış pestisidlərin qiymətinə tətbiq edilmiş 8132,3 min manat, cəmi 44579,6 min manat məbləğində güzəştin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə qərar qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
12 d. əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
2 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
3 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
3 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
SpaceX rekord IPO-ya hazırlaşır
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!













.jpg)








