“Türk Hava Yolları” AZTA üzvluyünə qəbul olunub
“Türk Hava Yolları” aviaşirkəti Azərbaycan Turizm Assosiasiyasının (AZTA) tam hüquqlu üzvü olub.
“Türk Hava Yolları” və Azərbaycan Turizm Assosiasiyası arasında artıq bir neçə müddətdir üzvlük haqqında danışıqlar gedirdi. Danışıqların nəticəsi olaraq, “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının tam üzvləri siyahısına əlavə olunub.
Beləliklə “Türk Hava Yolları” Azərbaycan Turizm Assosiasiyasının üzvlüyünə daxil olmuş ikinci aviaşirkədir. Bundan öncə “Azərbaycan Hava Yollar” aviaşirkəti AZTA üzvluyünə qəbul olunub.
AZTA rəhbəri Nahid Bağırov “Türk Hava Yolları” aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyası bu münasibətlə təbrik edib və xüsusi üzvlük serifikatını təqdim edib.
“Hörmətli Seyfullah bəy, Sizi siralarımızda görməyə çox şadıq və mən əminəm ki, “Türk Hava Yolları” Azərbaycanda turizm sektorunun inkişafına öz tövhəsini verəcək. Bu fəaliyyətin Azərbaycan Turizm Assisiasiyası ilə əməkdaşlıq formatında həyata keçirilməsi bizim üçün çox sevindirici haldır”- , N.Bağırov deyib.
Seyfullah İlyas isə oz növbəsində şirkətin Azərbaycan Turizm Assosiasiyası üzvlüyünə daxil olmasından məmnunluğunu bildirdi və qeyd etdi ki, ölkənin turizm sənayəsinin inkişafında da bundan sonra da aktiv
iştirak edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















