Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Trampdan İrana “əgər razılaşa bilməsək, pis şeylər olacaq” mesajı

ABŞ Prezidenti Donald Tramp İrana doğru gedən böyük gəmilərinin olduğunu bildirərək, “İranla bir razılaşmaya nail olmaq istəyirəm. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılaşa bilsək, bu çox yaxşı olar, razılaşa bilməsək, yəqin ki, pis şeylər olacaq,” deyib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Trampdan İrana “əgər razılaşa bilməsək, pis şeylər olacaq” mesajı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Tramp Oval Ofisdə təşkil olunan bir imza mərasimində İran gündəmi ilə yanaşı Rusiya–Ukrayna danışıqlarında son vəziyyəti dəyərləndirib.

Marja xəbər verir ki, Tramp bir tərəfdən İrana doğru gedən “çox böyük” gəmilərinin olduğunu qeyd edərkən, digər tərəfdən bu ölkənin rəsmiləri ilə danışıqların davam etdiyini söyləyib.

“İranla bir razılaşmaya nail olmaq istəyirəm. Hazırda İranla danışıqlar aparırıq. Əgər razılaşa bilsək, bu çox yaxşı olar, razılaşa bilməsək, yəqin ki, pis şeylər olacaq,” deyə danışan Tramp, diplomatik prosesə açıq olduğu mesajını verib.

İranla bağlı prosesin mənfi istiqamətdə getməsi halında nələrin ola biləcəyi sualına “Bunu sizə deməyim axmaqlıq olardı,” cavabını verən Tramp, İranla danışıqların davam etdiyinə işarə edib.

“Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı gedirik”

Tramp Rusiya–Ukrayna sülh danışıqları mövzusunda da ümidli olduqlarını və görüşlərin yaxşı getdiyini vurğulayıb.

Sülh sazişi ehtimalı ilə bağlı müsbət qiymətləndirmə edən Tramp, “Düşünürəm ki, Ukrayna və Rusiya ilə çox yaxşı gedirik. Bunu ilk dəfə deyirəm, düşünürəm ki, hazırda yaxşı gedir, bəlkə də tezliklə yaxşı xəbərlər ala bilərik,” deyə bildirib.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putindən hər iki ölkədəki həddindən artıq soyuq hava şəraitini əsas gətirərək “Ukraynanı bir həftə vurmaması” xahişini etdiyini və Putinin də bunu qəbul etdiyini bir daha təkrarlayıb.

03.02.2026 08:26

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18