Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı - MÜQAVİLƏ İMZALANDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan “Cənub Qaz Dəhlizi”nin bir hissəsini ərəblərin şirkətinə satdı  - MÜQAVİLƏ İMZALANDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edildi.

Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunuldu, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirildi və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulandı.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi apardılar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalandı.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edildi.

İş elanları AzVak.az-da

Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabi səfəri BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan BƏƏ münasibətləri strateji tərəfdaşlıq Azərbaycan BƏƏ əməkdaşlığı siyasi əlaqələr iqtisadi əməkdaşlıq enerji əməkdaşlığı bərpaolunan enerji humanitar əlaqələr mədəni əməkdaşlıq prezidentlərin görüşü qarşılıqlı səfərlər Sülh Qalxanı 2026 təlimi birgə hərbi təlimlər Silahlı Qüvvələr əməkdaşlığı hərbi uyğunluq müdafiə sahəsində əməkdaşlıq müdafiə nazirləri niyyət məktubu Cənub Qaz Dəhlizi QSC XRG şirkəti Abu Dhabi National Oil Company ADNOC investisiya qolu qaz layihələri enerji təhlükəsizliyi beynəlxalq enerji əməkdaşlığı alqı-satqı müqaviləsi investisiya razılaşması Bakı Abu Dabi qardaşlaşması Bakı Əbu-Dabi əlaqələri Azərbaycan xarici siyasəti Yaxın Şərq əlaqələri Körfəz ölkələri ilə əməkdaşlıq
02.02.2026 20:25

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18

Ən çox oxunanlar