
Avropada Tesla satışları çökməkdə davam edir
Avropada Tesla modellərinin satışı kəskin şəkildə azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Avropa Birliyi daxilində yanvar ayında Tesla-nın satışları ötən ilin eyni dövrü ilə müqayisədə 50,3 faiz azalaraq 7517 ədədə düşüb.
Avropada ifrat sağçı və irqçi partiyaları dəstəklədiyi üçün əks reaksiyaların diqqət mərkəzində olan İlon Maskın şirkəti Tesla, bütün Avropada satışlarında kəskin azalma ilə üzləşib.
Marja xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, Tesla-nın Avropa İttifaqında satışları yanvar ayında 50,3 faiz azalıb. 2024-cü ilin yanvar ayında 15 min 130 ədəd Tesla satıldığı halda, satışlar 2025-ci ilin yanvarında 7 min 517 ədədə düşüb.
Tesla-nın satışlarında kəskin azalma müşahidə edilsə də, bütün bölgədə elektrikli avtomobil satışlarının artım sürəti davam edib. Yanvarda tam elektriklə işləyən avtomobillərin (BEV) satışı 34 faiz, hibrid elektrik avtomobillərinin (HEV) satışı isə 18,4 faiz artıb. Plug-in hibrid (PHEV) satışları isə 8,5 faiz azalıb.
Yanvar ayında bütün hibridlər də daxil olmaqla elektrik avtomobillərinin (BEV, HEV və PHEV) satışı bütün yeni avtomobil satışlarının 57,2 faizini təşkil edib. Ötən ilin yanvarında bu göstərici 47,4 faiz idi.
Yanvarda Avropada cəmi avtomobil satışları 2,1 faiz azalıb, benzin və dizellə işləyən avtomobillərin satışı elektrik və hibrid avtomobillərin satış artımından daha sürətli düşüb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarına görə, Avropa İttifaqı, Avropa Azad Ticarət Assosiasiyası (EFTA) və Böyük Britaniyada yeni avtomobil satışları yanvar ayında 1 milyon ədəddən aşağı düşüb, bu, avqust ayından bəri ən aşağı göstəricidir.
Ən böyük bazarlardan biri olan İspaniyada avtomobil satışı 5,3 faiz artarkən, Fransada 6,2 faiz, İtaliyada 5,8 faiz, Almaniyada 2,8 faiz azalıb. İngiltərədə satışlar 2,5 faiz düşüb.
Volkswagen-in satışları 5,3 faiz, Renault-ın satışları 5,4 faiz artıb, Stellantis-ın satışları isə 16 faiz azalıb.
Avropanın avtomobil istehsalçıları öz daxili bazarlarında yüksək xərcləri azaltmağa və Çindən gələn rəqabətə qarşı mübarizə aparmağa çalışarkən, eyni zamanda ABŞ prezidenti Donald Trampın mümkün idxal tarifləri ilə üzləşməyə hazırlaşırlar.
Tramp alüminium və polad tariflərini artırıb, Meksika və Kanadadan idxal edilən bütün avtomobillərə və yarımkeçiricilərə 25 faiz rüsum tətbiq etməklə hədələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 3 gün sonra
-
11 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
11 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 11 saat əvvəl
-
11 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 12 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
