"Bu il Sofiya-Bakı birbaşa aviareysinin bərpasına ümid edirik"
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu il Sofiya-Bakı arasında birbaşa aviareysin bərpasına ümid edir.
Bu barədə o, yerli NOVA TV-yə müsahibəsində danışıb.
Diplomat bildirib ki, Azərbaycan təkcə region üçün deyil, bir çox səbəblərə görə dünyada məşhur turizm məkanıdır:
"Bizdə 11 iqlim qurşağından doqquzu var, ona görə də sahəsi 86,6 min kvadratkilometr olan ölkədə qarlı dağlar, Xəzər dənizi, subtropik ərazilər, çoxlu sayda təbii gözəllik var. Azərbaycanda çox sayda dini məbəd, kilsələr, məscidlər və sinaqoqlar var, bu da ölkəmizin multikultural və tolerant olduğunu göstərir.
Yaz və yay ayları üçün Sofiya və Bakı arasında birbaşa aviareysin bərpa olunmasına ümid edirik. Bu, turistlərə ölkəmizi ziyarət etmək və Azərbaycan qonaqpərvərliyindən həzz almaq üçün gözəl bir fürsət yaradacaq".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)








