“Euromoney” ABB-ni “İlin ən yaxşı bankı” seçdi!
(®) Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Euromoney” jurnalı ABB-ni ölkə üzrə “İlin ən yaxşı bankı” seçib. Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi “Award of Excellence” mükafatının təntənəli təqdimatı tədbirində açıqlanıb və mükafat Banka təqdim olunub.
Müxtəlif kateqoriyalar üzrə “İlin ən yaxşı bankı” mükafatı ilə təltif edilən banklar sırasında Citibank, BBVA, HSBC, Akbank, İş Bankası və s. kimi bir sıra aparıcı maliyyə institutları var. Qaliblərin tam siyahısı ilə buradan tanış olmaq olar.
1969-cu ildə yaradılmış “Euromoney” qrupu bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Jurnalın “Award of Excellence” mükafatı maliyyə qurumları üçün ən nüfuzlu beynəlxalq mükafatlardan sayılır. Jurnal hər il dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində “Euromoney” mükafatların sahiblərini müəyyənləşdirir.
ABB bu mükafata aktivlərinin keyfiyyətinə, dayanıqlılığına, gəlirliliyinə, böyük müştəri bazasına, qlobal tərəfdaşlıq əlaqələrinə, rəqəmsallaşma layihələrinə görə layiq görülüb. Son illərdə “Euromoney” jurnalı bu mükafatı Azərbaycanda heç bir banka təqdim etmədiyindən ABB-nin 2024-cü ildə jurnalın “İlin ən yaxşı bankı” mükafatını qazanması xüsusilə əhəmiyyətlidir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu nüfuzlu mükafat müştəriyönümlü xidmətimizin, yenilikçi həllərimizin, güclü maliyyə performansımızın xoş nəticəsidir. Belə bir nailiyyət, müştərilərimizin, tərəfdaşlarımızın bizə inamı, komandamızın effektiv fəaliyyəti sayəsində mümkün olub. Bu mükafat strateji hədəflərimizə doğru düzgün yolla irəlilədiyimizi göstərir və bizi daim təkmilləşərək, daha böyük uğurlara çatmağa ruhlandırır. Bizə inanan bütün müştərilərimizə, tərəfdaşlarımıza, zəhmət və əzmkarlıqlarına görə ABB komandasına təşəkkürümüzü bildiririk”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 15 d. əvvəl
-
59 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir










.png)













