Yük avtomobillərinin normadan artıq yüklənməsinə görə cərimələr dəyişir
İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrin normadan artıq yüklənməsinə görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bugünkü iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə Məcəllənin 127-1-ci maddəsi (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası) yeni redaksiyada verilir.
Layihə ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati məsuliyyəti nəzərdə tutan maddədə pozuntunun nədən ibarət olması dəqiq müəyyən olunur.
Həmin nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə inzibati xətalarla da bağlı icraatın müvafiq informasiya sistemləri vasitəsilə aparılması və elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması təklif olunur.
Dəyişikliyə əsasən, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində cərimə ediləcək.
İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə ediləcək.
Hazırkı qanunvericiliyə görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla 1 200 manat məbləğində cərimə olunur.
Layihəyə əsasən, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 1 200 manat məbləğində cərimələnəcək.
Digər dəyişikliklə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (“(eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq)) yüklənməsinə görə vəzifəli şəxslər 1500 manat məbləğində, hüquqi şəxslər 4 000 manat məbləğində cərimə olunacaq.
Hazırkı qanuna görə, həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 6000 manatdan 8 000 manatadək məbləğdə cərimə edilir.
Layihə ilə həmin xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə vəzifəli şəxslər 2 500 manata məbləğində, hüquqi 7 000 manatadək məbləğdə cərimələnəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
14 d. əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 26 d. əvvəl
- 30 d. əvvəl
-
1 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
16 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 16 saat əvvəl
-
16 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Rəsmi məzənnələr açıqlandı
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
























