Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA

Bakı–Tbilisi–Qarsın illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb
iç səhifə xəbər başlığı altı (mobil)_31
"Bakı–Tbilisi–Qars istifadəyə verildi. Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var"- AÇIQLAMA
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Bu gün Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu modernləşdirmədən sonra daha böyük yükdaşıma imkanları ilə istifadəyə verildi. Bu layihənin uğurla tamamlanması həm ölkəmiz, həm də bütövlükdə region üçün əlamətdar hadisədir".

Marja xəbər verir ki, bunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı media açıqlamasında ADY sədri Rövşən Rüstəmov bildirirb.

Reklam_3_11

O qeyd edib ki, BTQ dəmir yolu ənənəvi nəqliyyat bağlantısından Avrasiyanın strateji logistika arteriyalarından birinə çevrilib. Hazırda BTQ sadəcə alternativ marşrut deyil, Orta Dəhlizin mühüm struktur elementi kimi Azərbaycanın coğrafi mövqeyini real iqtisadi və strateji üstünlüyə çevirən vacib infrastrukturdur.

Rövşən Rüstəmov deyib ki, BTQ-nin əhəmiyyəti ilk növbədə onun Şərq–Qərb tranzitində Azərbaycanın rolunu genişləndirməsi ilə bağlıdır:

"Bu xətt sayəsində logistika imkanlarımız Xəzər keçidi və Gürcüstan limanları ilə məhdudlaşmır, Türkiyə üzərindən Avropa dəmir yolu sisteminə birbaşa çıxışımız var. Dəmir yolu və dəniz daşımalarının uğurlu inteqrasiyası ilə ölkəmiz klassik tranzit ölkəsi statusundan çıxaraq regional logistika platformasına çevrilib.

BTQ-nin indiki səviyyəyə çatması üçün, cənab prezidentin hər dəfə qeyd etdiyi kimi, infrastruktura böyük investisiyalar qoyulub. 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən bu dəmir yolunun Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Görülən işlər nəticəsində BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.

BTQ-nin Gürcüstan hissəsində hansı işlərin görüldüyünü qısaca qeyd etmək istərdim. 13 dəmir yolu stansiyası, həmçinin 200-ə yaxın bina və mühəndis qurğusu əsaslı təmir edilib. Enerji təchizatının yaxşılaşdırılması məqsədilə 200 km-dən çox kontakt şəbəkəsi xətti yenilənib, eyni zamanda, 340 km uzunluğunda 10 kV-luq elektrik xətti təmir olunub.

Daha dayanıqlı əməliyyatlar üçün 61 km yeni dəmir yolu xətti çəkilib. Həmçinin ətraf infrastruktur 41 km yeni avtomobil və piyada yolu ilə təkmilləşdirilib.

Mühüm məqamlardan biri bu işlərin böyük hissəsinin çətin dağlıq relyefdə, şaxtalı qış və quraqlıq yay kimi sərt iqlim şəraitində görülməsidir. Bunlara baxmayaraq, modernləşdirmə layihəsi vaxtında və uğurla tamamlanıb.

Paralel olaraq Azərbaycan tərəfində də mühüm işlər görülüb. ADY Bakı–Böyük Kəsik sahəsində əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib.

Qeyd etdiklərim görülmüş işlərin texniki dildə yox, sadə dildə icmalıdır deyə bilərəm. Çünki, bildiyiniz kimi, bu cür layihələrin texniki detallarını saymaqla bitmir.

Modernləşdirmə işlərindən sonra, 18 may 2026-cı il tarixində Azərbaycan və Gürcüstan rəhbərlərinin iştirakı ilə BTQ dəmir yolu xətti layihəsinin təhvil-təslimi üzrə yekun akt, eləcə də ADY və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə şirkətləri tərəfindən yaradılmış “BTKI Railways” MMC birgə müəssisəsinin işə salınması ilə bağlı sənədlər imzalanıb.

Yenilənmiş BTQ Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan ən qısa və çevik quru marşrutlarından biri kimi daha funksional və səmərəli bağlantı statusundadır. Xüsusilə Çin tərəfi ilə imzaladığımız sənədlərdə Orta Dəhliz boyunca yükdaşımaların təkmilləşdirilməsi üçün BTQ-dən daha geniş istifadənin təşviqinə xüsusi diqqət ayırmışıq. Və bu proses artıq reallaşma mərhələsindədir.

Fürsətdən istifadə edib bu layihədə böyük əmək sərf edən Azərbaycan inşaatçıları, mühəndisləri, dəmiryolçuları, texniklərinə və digər bütün peşəkarlara təşəkkürümü bildirirəm. Onların gördüyü işlər həm Azərbaycanın, həm də regionun nəqliyyat xəritəsində yeni imkanları əlçatan edib".

İş elanları AzVak.az-da

Bakı-Tbilisi-Qars BTQ dəmir yolu Bakı-Tbilisi-Qars dəmir yolu BTQ modernləşdirmə BTQ istifadəyə verildi ADY Azərbaycan Dəmir Yolları Rövşən Rüstəmov Orta Dəhliz Orta Dəhliz yükdaşımaları Şərq-Qərb tranziti Marabda-Kartsaxi Dəmir Yolu BTKI Railways Bakı-Böyük Kəsik dəmir yolu dəmir yolu infrastrukturu yükdaşımaların təkmilləşdirilməsi Azərbaycan Gürcüstan nəqliyyat əlaqələri Azərbaycan Türkiyə dəmir yolu Avropa dəmir yolu sistemi beynəlxalq nəqliyyat dəhlizi tranzit daşımalar logistika infrastrukturu ADY layihələri BTQ strateji əhəmiyyəti regionun nəqliyyat xəritəsi
02.06.2026 14:07
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19