970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızıl 1-ci, pambıq lifi 2-ci, mis filizləri 3-cü yerdə - Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə may sayını təqdim edib.

Marja xəbər verir ki, icmala əsasən, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Cari ilin yanvar-aprel aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4 dəfə, pambıq iplik 2,3 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 71%, pambıq lifi 49,9%, meyvə-tərəvəz 22,1%, alüminium və onlardan hazırlanan məmulatlar 32,2%, çay 12,1%, spirtli və spirtsiz içkilər isə 9,4% artıb.

2026-cı ilin yanvar-aprel aylarında aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 31,6% artaraq 119 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 29,1% artaraq 417,3 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (131,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (92,9 milyon ABŞ dolları) ikinci, mis filizləri (87,9 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (35,89 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq lifi (35.83 milyon ABŞ dolları)  ikinci, tomat (30 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2026-cı ilin yanvar-aprel aylarında Rusiya Federasiyasına 306,6 milyon ABŞ dolları, Türkiyəyə 219,2 milyon ABŞ dolları, Gürcüstana 175,8 milyon ABŞ dolları, İsveçrəyə 139,5 milyon ABŞ dolları, Ukraynaya isə 56 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin aprel ayında Rusiya Federasiyasına 94,9 milyon ABŞ dolları, Türkiyəyə 79,3 milyon ABŞ dolları, Gürcüstana 55,1 milyon ABŞ dolları, İsveçrəyə 36,1 milyon ABŞ dolları, Ukrayna 13,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Azərbaycan qeyri-neft ixracı İİTKM İxrac icmalı İxrac icmalı 2026 qeyri-neft sektoru ixracı Azərbaycanın qeyri-neft ixracı yanvar-aprel 2026 ixrac göstəriciləri qeyri-monetar qızıl qeyri-neft ixracında artım Azərbaycanın ixrac statistikası qeyri-neft məhsulları aqrar məhsulların ixracı Azərbaycanın aqrar ixracı Azərbaycanın ixrac bazarları Rusiya Azərbaycanın ixracı Türkiyəyə ixrac Azərbaycan məhsullarının ixracı
02.06.2026 12:41
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19