Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı
Ölkənin birinci bankı Kapital Bank və birinci universiteti Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bununla da Kapital Bank daha bir ali məktəblə strateji əməkdaşlığın əsasını qoyub. İmzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev və BDU rektoru Elçin Babayev iştirak edib.
Tədbirdə çıxış edən Cavid Mirzəyev bu əməkdaşlığı tarixi hadisə adlandırıb: “Ölkənin birinci bankı olaraq, qədim tarixə malik Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı daha böyük müstəvidə rəsmiləşdirmək bizim üçün olduqca vacib hadisədir. Təhsilə dəstək Kapital Bank-ın sosial məsuliyyət layihələrinin ən vacib, strateji istiqamətlərindən biridir. Təcrübə göstərir ki, bu kimi əməkdaşlıqlar sayəsində tələbələrimiz praktiki biliklər əldə edir, gələcək karyeraları üçün vacib olan təcrübələri qazanır, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılırlar. Biz isə peşəkar korporativ mühitə hazır olan gənclərlə əməkdaşlıq edə bilirik. Hazırda bankımızda 748 nəfər BDU məzunu çalışır. Onlardan 68-i isə rəhbər vəzifələrdə yer alır. Bu rəqəmlər BDU məzunlarının maliyyə sektorunda da kifayət qədər uğurlu kadrlar olduğunun göstəricisidir. Düşünürəm ki, BDU-nun təhsil metodikası Kapital Bank-ın təcrübəsi ilə birləşdikdə gənclərin inkişafı üçün daha geniş platforma yaranacaq”.
Rektor Elçin Babayev isə bu əməkdaşlığın tələbələrin əmək bazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb: “Bizim fəaliyyətimizin prioritetlərindən biri də universitet və işəgötürənlər, həmçinin biznes strukturları ilə əlaqələrin gücləndirilməsidir. Kapital Bank-la əməkdaşlığımız tələbələrimiz üçün uğurlu karyera yolunda yeni imkanlar açacaq. Burada təcrübə mübadiləsi, bankın peşəkar kadrları tərəfindən tələbələrə təlimlərin keçirilməsi, onların tədris prosesinə cəlb olunması kimi bir çox məqamlar yer alır. Nəticədə bütün bunlar tələbələrimizin rəqabətli əmək bazarında daha dayanıqlı mövqelərdə olmasına səbəb olacaq”.
İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetinin nəzdində müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş, müasir standartlara cavab verən “Kapital Bank otağı”nın açılış mərasimi keçirilib. Mərasimdə Kapital Bank-ın menecer heyətində yer alan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarını bölüşüb, birgə əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər.
Xatırladaq ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bank-ın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetlərində də “Kapital Bank” otaqları fəaliyyət göstərir ki, bu otaqlarda vaxtaşırı tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləyən layihələr həyata keçirilir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 d. əvvəl
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq






















