Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir
Əhaliyə elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlərin (xaricdə yerləşən şirkətlərin) Azərbaycan üzrə illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdiyi halda, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.Elektron ticarətin sürətli inkişafı fonunda Azərbaycan Respublikasında rəqəmsal xidmətlər göstərən qeyri-rezident şirkətlərin vergiyə cəlb olunması mexanizminin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər təklif olunub. Qanun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir.
Bunu Marja.az-a Dövlət Vergi Xidmətinin İdarə rəisinin müavini Günel Bəhramqızı bildirib.
Layihəyə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə (əhaliyə) elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən və alıcısı Azərbaycan Respublikasında olan qeyri-rezidentlərin illik dövriyyəsi 10.000 ABŞ dollarının manat ekvivalentini keçdiyi halda, onlar 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Dövriyyəsi bu həddən aşağı olan qeyri-rezidentlər üçün isə könüllü qeydiyyat mexanizmi nəzərdə tutulur.
Təklif olunan dəyişikliklərin əsas məqsədi elektron xidmətlər üzrə ƏDV-nin birbaşa xidmət göstərən qeyri-rezident tərəfindən ödənilməsini təmin etməkdir. Bu yanaşma uçota alınmış rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə münasibətdə yerli istehlakçıların vergi ödəməsi praktikasını aradan qaldırır, vergi intizamının gücləndirilməsinə və vergi yükünün daha ədalətli bölüşdürülməsinə şərait yaradır.
Eyni zamanda, layihədə elektron ticarət anlayışına aid edilməyən xidmətlərin dairəsi də dəqiqləşdirilir. Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndislik xidmətləri, eləcə də internet üzərindən real vaxt rejimində təqdim edilən tədris və təlim xidmətləri fərdiləşdirilmiş və birbaşa qarşılıqlı ünsiyyətə əsaslandığı üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Hazırkı qanunvericiliyə əsasən, vergi bəyannamələrinin təqdim olunması və vergi ödənişləri hesabat dövründən sonrakı ayın 20-dək həyata keçirilir. Təklif olunan dəyişikliklərdə bəyannamənin təqdim edilməsi müddəti dəyişmir. Lakin qeyri-rezidentlər üçün ƏDV-nin ödəniş müddəti hesabat dövründən sonrakı ayın sonuncu gününədək müəyyən edilir. Bu dəyişiklik beynəlxalq ödənişlərin xüsusiyyətləri nəzərə alınmaqla, texniki gecikmələrin qarşısını almaq məqsədi daşıyır.
Qanun layihəsində 6 aylıq keçid dövrünün müəyyən edilməsi rəqəmsal xidmətlər təqdim edən qeyri-rezidentlərə vergi uçotu, hesabat və ödəniş sistemlərini yeni tələblərə uyğunlaşdırmaq məqsədini daşıyır.
Qeyd edək ki, təklif olunan dəyişikliklər beynəlxalq təcrübəyə və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması üzrə müasir yanaşmalara uyğun həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















