Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
“2026-cı ildə səhmlərin yerləşdirilməsinə “Paylaşaraq böyüyək – birlikdə” şüarı ilə çıxmağımız təsadüfi deyil. Bu addımın arxasında sadə və aydın yanaşma dayanır: illər ərzində yaratdığımız dəyəri, qazandığımız etimadı və formalaşdırdığımız nüfuzu daha geniş investor kütləsi ilə bölüşmək”.
Marja.az xəbər verir ki, bunu "PAŞA Bank" səhmlərinin İlkin Kütləvi Təklifinə (İPO) dair tədbirdə Bankın İdarə Heyətinin sədri Cavid Quliyev bildirib.
Bankın sədri deyib ki, Bankın İdarə Heyətinin tövsiyəsi və səhmdarların qərarı əsasında bu dəyərin bir hissəsinin səhm yerləşdirilməsi yolu ilə bazar iştirakçıları, ilk növbədə isə fiziki şəxslər ilə paylaşılması planlaşdırılır.
Cavid Quliyev çıxışında deyib:
“İki həftə öncə keçirilmiş mətbuat konfransı çərçivəsində "PAŞA Bank"ın İdarə Heyətinin sədri tərəfindən IPO ilə bağlı strateji niyyətlərimiz və bu istiqamətdə atılacaq addımlar barədə ilkin məlumat ictimaiyyətə təqdim edilmişdir. Bugünkü tədbir isə həmin açıqlamanın məntiqi davamı olaraq, IPO prosesinin mahiyyətini, bank üçün strateji əhəmiyyətini, eləcə də ölkənin biznes və investisiya mühiti üçün yaratdığı imkanları daha ətraflı şəkildə təqdim etmək məqsədi daşıyır.
"PAŞA Bank" 2007-ci ildən etibarən Azərbaycan iqtisadiyyatının real sektorunun dəstəklənməsini əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu illər ərzində biz istehsalat, nəqliyyat, tikinti, ticarət, kənd təsərrüfatı və qeyri-neft sektorunun digər əsas sahələrində fəaliyyət göstərən bizneslərin və şirkətlərin etibarlı tərəfdaşı olmuşuq.
Bu yanaşmanı artıq konkret nəticələrlə təsdiqləyirik. Son bir neçə il ərzində korporativ və kiçik və orta sahibkarlıq (KOS) seqmentində müştərilərimizin sayı əhəmiyyətli dərəcədə artmışdır. 2025-ci ilin sonuna biznes kreditləri portfelimiz 3,1 milyard manatdan çox olmaqla rekord həddə çatmışdır. Bununla da biz qeyri-dövlət, özəl sektorun maliyyələşdirilməsində lider mövqeyimizi qoruyub saxlamışıq.
Bankımız fəaliyyətinin bütün əsas istiqamətlərini əhatə edən kompleks inkişaf mərhələsindən keçmişdir. Korporativ idarəetmənin təkmilləşdirilməsi, risk mədəniyyətinin gücləndirilməsi, insan kapitalına yönəldilən investisiyalar, rəqəmsal həllərin tətbiqi, müştəriyönümlülüyün və müştəri təcrübəsinin inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bankın uzunmüddətli dayanıqlığını təmin edən möhkəm institusional baza formalaşdırılmışdır.
Bu inkişaf xəttinin nəticəsi olaraq, "PAŞA Bank" maliyyə bazarında etibarlı və güclü mövqeyə malik ən böyük korporativ banka çevrilmiş, real sektorun maliyyələşdirilməsində aparıcı institusional tərəfdaş statusunu qazanmışdır.
Azərbaycan iqtisadiyyatının və makroiqtisadi mühitinin ardıcıl inkişafı, ölkədə formalaşmış siyasi və sosial sabitlik, real sektorun güclənməsi uzunmüddətli və sağlam inkişaf üçün möhkəm zəmin yaradır. Bu mühit "PAŞA Bank"ın fəaliyyətinin genişlənməsinə, strateji imkanlarının artmasına və dayanıqlı inkişafına birbaşa müsbət təsir göstərir.
"PAŞA Bank" olaraq, illər ərzində formalaşdırdığımız dayanıqlı biznes modelini IPO vasitəsilə növbəti inkişaf mərhələsinə daşımağa və yaratdığımız dəyəri daha geniş investor çevrəsi ilə paylaşmağa hazır olduğumuzu açıq şəkildə bəyan edirik.
Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda IPO prosesinə başlayan ilk özəl bank və ilk özəl şirkət məhz "PAŞA Bank"dır.
2026-cı ildə səhmlərin yerləşdirilməsinə “Paylaşaraq böyüyək – birlikdə” şüarı ilə çıxmağımız təsadüfi deyil. Bu addımın arxasında sadə və aydın yanaşma dayanır: illər ərzində yaratdığımız dəyəri, qazandığımız etimadı və formalaşdırdığımız nüfuzu daha geniş investor kütləsi ilə bölüşmək.
Bankın İdarə Heyətinin tövsiyəsi və səhmdarların qərarı əsasında bu dəyərin bir hissəsinin səhm yerləşdirilməsi yolu ilə bazar iştirakçıları, ilk növbədə isə fiziki şəxslər ilə paylaşılması planlaşdırılır.
Biz inanırıq ki, uzun illər ərzində qurulmuş bu güclü biznes modelinin yaratdığı dəyər təkcə "PAŞA Bank" daxilində deyil, daha geniş miqyasda da paylaşılmalıdır.
Səhmlərin yerləşdirilməsi prosesi bankın uzunmüddətli və dayanıqlı inkişafını, şəffaflığını və maliyyə dayanıqlığını daha da gücləndirməyə xidmət edir. Bu çərçivədə bankın kapitalının 5%-i, yəni 932 926 ədəd adi adlı səhm bazara təqdim olunacaq.
Biz davamlı və məsuliyyətli inkişaf prinsipinə sadiq qalırıq və inanırıq ki, IPO prosesi həm kapital bazarının, həm də ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verəcək.
Bu prosesin əsas mahiyyəti isə birdir: birlikdə yaratdığımız dəyəri daha geniş investor kütləsi ilə bölüşmək və bu inkişaf yolunu birlikdə davam etdirmək.
"PAŞA Bank"ın uğuru real sektorun bizneslərinin və tərəfdaşlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır. Biz bu yolu sizinlə birlikdə davam etdirmək niyyətindəyik".
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 d. əvvəl
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























