Xidmət səviyyəssinin yaxşı və aşağı olduğu bankların adları açıqlanıb
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin iyun ayı üzrə Bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini dərc edib.
Marja İndeksə istinadən xəbər verir ki, yuxarı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən yuxarı olan) BANK AVRASİYA ASC, TURANBANK ASC, BANK BTB ASC, BANK OF BAKU ASC, YELO BANK ASC, BANK RESPUBLİKA ASC, orta şikayət indeksində RABİTƏBANK ASC, UNİBANK ASC, aşağı şikayət indeksində (hesablama nəticəsində əldə olunan orta göstəricidən aşağı olan) ACCESSBANK QSC, PREMİUM BANK ASC, AFB BANK ASC, YAPI KREDİ BANK AZƏRBAYCAN QSC, KAPİTAL BANK ASC, XALQ BANK ASC, AZƏRBAYCAN BEYNƏLXALQ BANKI ASC , BANK VTB (AZƏRBAYCAN) ASC, EXPRESSBANK ASC, PAŞA BANK ASC yer tutub.
Siyahıda yer almayan banklar üzrə ay ərzində Mərkəzi Banka şikayət daxil olmamışdır.
“Şikayətlər üzrə bazar payı” – Mərkəzi Banka bir ay ərzində daxil olan şifahi, yazılı və vətəndaş qəbulu üzrə şikayətlərin hər bir bank üzrə sayının ümumi bank sektoru üzrə olan şikayətlərin sayına nisbətidir. Təkrar şikayət, eləcə də kredit üzrə güzəştlərin verilməsi, kredit istənilməsi və Mərkəzi Bankın səlahiyyətlərinə aid olmayan digər mövzularla bağlı şikayətlər hesablamadan istisna olunmuşdur.
“Müştərilər üzrə bazar payı” – cari hesab qalığı 100 manat və yuxarı olan, habelə son üç ayda ən azı bir əməliyyat aparmış bank müştərilərinin hər bir bank üzrə olan sayının ümumi bank sektoru üzrə olan sayına nisbətidir.
Şikayət indeksinin izahı: İndeks hər-hansı bank tərəfindən göstərilən maliyyə xidmətlərinin həcmi və əhatə dairəsi nəzərə alınmaqla, həmin bankın müştəri xidmətləri ilə bağlı Mərkəzi Banka daxil olan şikayətlərin proporsionallığı prinsipi əsasında hesablanmışdır
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
4 saat əvvəl
Rusiya şirkəti Azərbaycandakı biznesinin satışından 56,8 milyon manat əldə edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan holdinqi Daşkənddə lüks hotel və rezidensiya tikir - 200 MİLYON DOLLARLIQ LAYİHƏ
-
5 saat əvvəl
Si Cinpin Kazanda keçiriləcək BRİCS sammitində iştirak edəcək
-
5 saat əvvəl
İllik 15 faiz gəlir, 30 gündən bir ödəniş – BAZARDA YENİ İSTİQRAZ
-
5 saat əvvəl
Azərbaycan şirkəti mineral daş yunu istehsalı zavodunun tikintisini tam başa çatdırıb
-
6 saat əvvəl
Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin tranzit daşınması zamanı depozit tətbiq ediləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Biz Bakıdan Səmərqəndə, Fərqanəyə, Urgençə yeni uçuşlar açmaq istəyirik"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakının yaxşı bir yerində Özbəkistan üçün 5-10 hektar ərazi ayrılacaq