Vəliyev və Nəbiyevlərə məxsus şirkətə 1 milyona yaxın maya qoyulur - 3 İLDƏ 30 MİLYON ZƏRƏR EDİB
Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan "Kristal Bakı" ASC-nin nizamnamə kapitalı 990 min manat artırılır.
Marja.az xəbər verir ki, ASC hər birinin nominal dəyəri 1 manat olan 990 min ədəd adi, adlı və sənədsiz səhm buraxıb.
Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa "Kristal Bakı" ASC-nin nizamnamə kapital 10 min manatdan 1 milyon manata yüksələcəkdir.
Qeyd edək ki, hazırda "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50%), Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğludur (25%). Pərviz Vəliyev "Azəraqrartikinti" ASC-də Sədr müavini, Fərid Nəbiyev "Kristal Bakı" ASC-də Maliyyə direktoru, Araz Nəbiyev isə "A+CO" ASC-də Direktor müavini olaraq çalışırlar. Fərid Nəbiyev Araz Nəbiyevin əmisi oğludur.
Pərviz Vəliyev "Azəraqrartikinti" ASC-nin Müşahidə Şurasının sədri Ağalar Vəliyevin oğludur. Araz Nəbiyev isə “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin övladıdır.
Səhmlərin yerləşdirilməsi üzrə anderayter "Assist Finance İnvestisiya şirkəti" ASC-dir.
Qeyd edək ki, "Kristal Bakı" ASC 2021-ci ili 2 milyon 384 min manat, 2022-ci ili 11 milyon 972 min manat, 2023- cü ili 15 milyon 453 min manat xalis zərər ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkətin 30 milyon 131 min manat yığılmış zərəri olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















