Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

"Kristal Abşeron"a yaxın şirkətdə 30 milyondan çox zərər - KAPİTALI MƏNFİDƏ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kristal Abşeron"a yaxın şirkətdə 30 milyondan çox zərər - KAPİTALI MƏNFİDƏ
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan, "Kristal Abşeron" MTK ilə birgə çalışan "Kristal Bakı" ASC-nin yığılmış zərəri 30 milyon manatdan çoxdur. Diqqəti cəlb edən, 445 milyon manat cəmi aktivləri malik olan "Kristal Bakı" şirkətinin ötən il mənzillərin tikintisi və satışı fəaliyyətindən cəmi 52 min manat gəlir əldə etməsidir. 

Marja.az Şirkətin başa çatmış son 3 maliyyə ili üzrə audit edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Kristal Bakı" ASC 2021-ci ili 2 milyon 384 min manat, 2022-ci ili 11 milyon 972 min manat, 2023-cü ili 15 milyon 453 min manat xalis zərər ilə başa vurub. 31 dekabr 2023-cü il tarixində Şirkətin yığılmış zərəri 30 milyon 131 min manat təşkil edib. Şirkətin cəmi kapitalı mənfi 30 milyon 121 min manat olub.

2023-cü ildə "Kristal Bakı" ASC əsas əməliyyat gəliri 52 min manat, məzənnə fərqindən gəliri 63 min manat, faiz gəliri 7 milyon 715 min manat olmaqla cəmi 7 milyon 830 min manat təşkil edib. Ötən il şirkətin cəmi xərcləri isə 27 milyon 519 min manat təşkil edib. Beləliklə, mənfəət vergisindən əvvəlki zərər 19 milyon 690 min manat olub. Mənfəət vergisi üzrə 4 milyon 236 min manatlıq dəyişiklik zərəri azaldıb. 

2022-ci ildə "Kristal Bakı" ASC-nin əsas əməliyyat gəliri (tikinti işlərindən) 132 min manat təşkil etmişdi. Şirkətdən bildirilib ki, 2024-cü ilin ilk 6 ayında əsas əməliyyat gəliri 318 min manat olub. 

31 dekabr 2023-cü il tarixində "Kristal Bakı" ASC  445 milyon 200 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 193 milyon 954 min manat cəmi aktivlərə malik idi (ötən il şirkətin cəmi aktivləri 2,3 dəfə artıb).

2023-cü ildə "Kristal Bakı" ASC-nin cəmi öhdəlikləri 2,3 dəfə artaraq 475 milyon 321 min manata çatıb. Öhdəliklərin artması borcların və alınan avansın artması ilə əlaqədardır.  

ŞİRKƏTİN NİZAMNAMƏ KAPİTALI ARTIRILIR

Cəmi kapitalı mənfidə olan "Kristal Bakı" ASC hər birinin nominal dəyəri 1 manat olan 990 min ədəd adi, adlı və sənədsiz səhm buraxıb. Əgər səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa "Kristal Bakı" ASC-nin nizamnamə kapital 990 min manat artaraq 10 min manatdan 1 milyon manata yüksələcəkdir. 

Qeyd edək ki, hazırda "Kristal Bakı" ASC-nin səhmdarları Vəliyev Pərviz Ağalar oğlu (50%), Nəbiyev Fərid Elbrus oğlu (25%) və Nəbiyev Araz Mahayət oğludur (25%). Pərviz Vəliyev "Azəraqrartikinti" ASC-də Sədr müavini, Fərid Nəbiyev "Kristal Bakı" ASC-də Maliyyə direktoru, Araz Nəbiyev isə "A+CO" ASC-də Direktor müavini olaraq çalışırlar. Fərid Nəbiyev Araz Nəbiyevin əmisi oğludur. 

Pərviz Vəliyev "Azəraqrartikinti" ASC-nin Müşahidə Şurasının sədri Ağalar Vəliyevin oğludur. Araz Nəbiyev isə “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədri Mahayət Nəbiyevin övladıdır.

"KRİSTAL BAKI"DAN AÇIQLAMA

"Kristal Bakı” ASC son 3 ildə yığılmış 30 milyon manatdan çox zərərə aydınlıq gətirib. Şirkətdən Marja-ya veriən məlumata görə, qanunvericiliyin tələblərinə görə, “Kristal Bakı” ASC-nin gəliri audit hesabatlarında avans olaraq qeydə alınıb, daşınmaz əmlakın tikintisi layihələri başa çatıb təhvil verildikdən sonra avans gəlir kimi tanınacaqdır.

“Kristal Bakı” ASC-nin açıqlamasında deyilir: 

"“Kristal Bakı” ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək “Kristal Bakı” ASC-ə və rəsmi dövlət qurumlarına təqdim etmişdir. Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilmişdir.

”Kristal Bakı” ASC-nin Mənfəət vergisi bəyannaməsi əsasında “Vergitutma məqsədləri üçün mənfəəti” müvafiq olaraq 2022-ci il üzrə 1 milyon 918 min 613 manat, 2023-cü il üzrə isə 12 milyon 725 min 488 manatı olmuşdur. Bu da Dövlət Vergi Xidmətinin portalında əks etdirilmiş və buna görə yaranan mənfəət vergisi dövlət büdcəsinə ödənmişdir. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən götürülmüşdür. Vergi Məcəlləsinin 130.6-cı maddəsində qeyd edilmişdir ki, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir. Burdan bu nəticəyə gəlmək olur ki, “Kristal Bakı” ASC 2022 və 2023-cü il üzrə fəaliyyət dövrünü mənfəətlə başa vurmuşdur".

xalis zərər kristal bakı kristal abşeron Vəliyev Pərviz Nəbiyev Fərid Nəbiyev Araz Ağalar Vəliyev Mahayət Nəbiyev
23.08.2024 14:33

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 2-ci reklam_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ