Azərbaycanın iri bankı Sumqayıt filialını da yeniləyib
(®) ABB filialların transformasiyası layihəsini davam etdirərək xidmət ofislərini yeniləyir. Bankın Sumqayıt filialı yeni konseptdə müştərilərin istifadəsinə verilib. Filial Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 112/14 ünvanında fəaliyyət göstərir.
Burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər Sumqayıt filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib: “Sumqayıt əhali sayına və sənaye əhəmiyyətinə görə ölkəmizin ən böyük şəhərlərindəndir. ABB-nin Sumqayıt filialında yaradılmış müasir şərait burada həm korporativ, həm fərdi müştərilərimizə yüksək xidmət imkanı verir. Yaxın gələcəkdə bu şəhərdə xidmət şəbəkəmizi daha da genişləndirmək üçün əlavə tədbirlər nəzərdə tuturuq. ABB-nin yeni brend kimliyinə uyğun olaraq filiallarımızın simasının yenilənməsi prosesi də uğurla davam edir. Bu proses digər regionlarımızda da həyata keçiriləcək”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)
