Milli Məclisdə bankların kredit faizlərinin yüksək olması ilə bağlı məsələ qaldırılıb
"Bu gün Azərbaycanda fəaliyyət göstərən bankların verdiyi kreditlərin faizləri (18 %-dən 26 %-ə qədər) çox yüksəkdir".
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, buna görə də vətəndaşlar bu məsələdə çox əziyyət çəkirlər: "Problemli kreditlər portfelinin şişməsinin səbəblərindən biri də məhz budur. Kredit məsələsində sahibkarların, yəni bankların hüquqları da nəzərə alınmalıdır. Lakin bu elə olmalıdır ki, həm vətəndaş qazansın, həm də banklar gəlir əldə etsin".
Bir müddət əvvəl çox sayda bankların ləğv olunduğunu xatırladan deputat deyib ki, həmin banklarda olan əmanətlərin idarə olunması aidiyyəti fonda həvalə olunub:
"Bir neçə şikayətçi seçici görüşlərdə bizə müraciət edir ki, ləğv olunan bankdan kredit alıb və bu günə qədər də öhdəliyinə götürdüyü məbləğin iki mislini də ödəyib. Amma Əmanətlərin Sığortlanması Fondu vətəndaşdan götürdüyü kredit məbləğindən artıq vəsait tələb edir. Axı bank ləğv olunub, vətəndaş da lazım olan məbləği artıqlaması ilə ödəyib. Vətəndaş sosial dəstəyə ehtiyacı olan təbəqəyə aiddir. O, kredit götürdüyü zaman evini girov qoyur, borcu qaytara bilmədiyi üçün isə evi hərraca çıxarılaraq satılır və o, çöldə qalır. Ona görə də, təklif edirəm ki, həssas təbəqədən olan şəxslərə dəstək göstərilsin. Bu məsələ hansısa formada tənzimlənməlidir".
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “Report”
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)



.jpg)





