"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Subway Bakıda rəsmi fəaliyyətə başlayır: açılış günü lotereya keçiriləcəkİyunun 2-də ABŞ-ın restoranlar şəbəkəsi “Subway” Bakıda rəsmi fəaliyyətə başlayacaq.
Marja.az xəbər verir ki, eyni gündə 3 fərqli məkanda ("Caspian Plaza", "Elmlər Akademiyası" və "Ağ Şəhər") “Subway” restoranı müştərilərin ixtiyarına veriləcək.
Şirkət açılış günü münasibətilə müştərilər üçün xüsusi mini-lotereya təşkil edəcək.
"Subway Azerbaijan"ın yaydığı məlumata görə, lotereya paytaxtda yerləşən "Caspian Plaza", "Elmlər Akademiyası" və "Ağ Şəhər" filiallarında keçiriləcək. Kampaniyada iştirak etmək üçün müştərilər iyunun 2-də saat 11:00-dan etibarən qeyd edilən filiallardan birinə yaxınlaşmalı və 10 manat və üzəri sifariş etməlidirlər.
Açılış kampaniyası çərçivəsində müştərilər həm Subway məhsullarından yararlana, həm də hədiyyə qazanmaq imkanı əldə edə biləcəklər. Şirkətin məlumatına əsasən, lotereyada əsas hədiyyələr arasında 3 ədəd velosiped və 24 nəfər üçün 16 ədədlik pulsuz sendviç kuponu yer alır. Hər kuponun tərkibində 16 ədəd sendviç nəzərdə tutulub.
Böyük çəkiliş və qaliblərin müəyyən edilməsi eyni gün, yəni 2 iyun saat 20:00-da baş tutacaq.
Qeyd edək ki, lotereyada iştirak yalnız 18 yaşdan yuxarı qonaqlar üçün keçərlidir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Subway-in Bakıda rəsmi fəaliyyətə başlaması Azərbaycanın sürətli qidalanma bazarında rəqabəti daha da artıracaq. Açılış günü üçün lotereya formatında kampaniya seçilməsi brendin bazara daha aktiv və diqqətçəkən giriş strategiyası tətbiq etdiyini göstərir.
Xüsusilə velosiped hədiyyəsi və pulsuz sendviç kuponları kampaniyanın gənc auditoriya, ofis işçiləri və şəhər həyat tərzinə uyğun istehlakçılar üçün cəlbediciliyini artırır. Filialların "Caspian Plaza", "Elmlər" və "Ağ Şəhər" kimi aktiv məkanlarda yerləşməsi də brendin ilkin mərhələdə müştəri axınını yüksək saxlamaq hədəfinə xidmət edir.
1. Subway – Ağ Şəhər.
Bakı, Mərkəzi Bulvar, 8.
2. Subway – Elmlər Akademiyası.
Bakı, Hüseyn Cavid pr. 40 D.
3. Subway – Caspian Plaza.
Bakı, C. Cabbarlı küç. 44.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























