“Bakı KOB evi”nə mediatur təşkil olunub
Yanvarın 13-də “Bakı KOB evi”nə mediatur təşkil edilib.
KİV nümayəndələrinə məlumat verilib ki, ümumi sahəsi 11 min kvadratmetrdən çox olan “Bakı KOB evi” üç mərtəbədən ibarətdir.
Binanın ilk iki mərtəbəsi sahibkarlara dövlət-biznes (“G2B”), biznes-biznes (“B2B”) və digər xidmətlərin göstərilməsi, üçüncü mərtəbə isə işçi heyət üçün nəzərdə tutulub.
Qeyd edilib ki, “Bakı KOB evi” ölkə üzrə fəaliyyət göstərən sayca 3-cü KOB evidir. KOB evi konsepsiyasına uyğun olaraq “Bakı KOB evi”ndə də dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə sahibkarlıq fəaliyyəti üçün zəruri olan xidmətlər göstərilir. Ümumilikdə, “Bakı KOB evi”ndə sahibkarlara 29 dövlət qurumu tərəfindən 150-dən çox, 20 özəl qurum tərəfindən isə 100-dən çox adda xidmət təqdim olunur. Belə ki, sahibkarlar fəaliyyəti üçün zəruri olan biznesin qeydiyyatı, lisenziya və icazələrin alınması, biznes planın hazırlanması, güzəştli maliyyə vəsaitlərinə çıxış, vergi, gömrük, reklam, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulma, notariat və digər məsələlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər.
“Bakı KOB evi”ndə İqtisadiyyat, Səhiyyə, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Energetika, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Ədliyyə, Mədəniyyət nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliy, Bakı Nəqliyyat Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Hava Yolları" QSC, Bakı Şəhər İcra Hakimiyyəti, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidmətlər göstərilir.
Sahibkarların maliyyə əlçatanlığının təmin olunması məqsədilə “Bakı KOB evi”ndə 5 bankın, lizinq və sığorta şirkətlərinin fəaliyyət masaları mövcuddur.
“Bakı KOB evi”ndə yaradılmış Beynəlxalq Ticarət, İnkişaf və Logistika Zonasında Dövlət Gömrük Komitəsi, eləcə də gömrüklə əlaqəli xidmətlər təqdim edən gömrük təmsilçiləri, logistika şirkətləri və digər idxal-ixrac əməliyyatları ilə bağlı geniş spektrli xidmətlər təqdim olunur.
Binada həmçinin, təlim, startap və mediasiya məkanları fəaliyyət göstərir. Belə ki, təlim otaqlarında sahibkarlar üçün müxtəlif mövzularda ödənişsiz təlimlər təşkil olunacaq və məsləhət xidmətləri göstəriləcək. Sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə “Bakı KOB evi”ndə iş adamlarına Mediasiya Şurası tərəfindən mediasiya xidməti göstəriləcək. Startap İnkişaf Mərkəzində isə ideya mərhələsində olan startaplar üçün müxtəlif avadanlıqlardan (3D printerlər və skanerlər, laser kəsim aparatları, CNC robotlar, kameralar, 3D təlim eynəkləri və digər texnoloji avadanlıqlar) ibarət ortaq iş məkanı yaradılıb. Burada startapların ekspert, dizayn, mühəndislik və mentor dəstəyinə olan ehtiyacları qarşılanacaq. Mərkəzdə mütəmadi olaraq startaplar və investorların görüşlərinin, təlimlərin, mentor dəstəyi və məsləhət xidmətlərinin təşkili nəzərdə tutulur. İşgüzar görüşlər və müxtəlif tədbirlər üçün “Bakı KOB evi”ndə yerləşən görüş otaqları və konfrans zalı da sahibkarların istifadəsində olacaqdır.
Diqqətə çatdırılıb ki, KOB evləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir. Sahibkarlara dövlət və biznes xidmətlərinin vahid məkanda təqdim olunduğu KOB evlərində xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik və rahatlıq prinsipləri əsasında həyata keçirilir. Biznes xidmətlərinin bir məkanda toplanması, vaxta və xərclərə qənaət, operativlik KOB evlərinin əsas üstünlükləridir. Hazırda KOB evləri Bakı, Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir. Xaçmaz və Yevlax KOB evlərində indiyədək sahibkarlara 200 minə yaxın xidmət göstərilib. Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.
Növbəti mərhələdə Gəncə şəhərində KOB evinin fəaliyyətə başlaması nəzərdə tutulur.
KOB evləri həftə içi 5 gün, saat 09.00-dan 18.00-dək sahibkarlara xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
17 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
18 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
-
18 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























