Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
Azərbaycan-Çexiya biznes forumu keçirilib. orum çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. AZPROMO ilə “Frýdlantské Strojírny – TR s.r.o.” şirkəti, Çexiya-Moraviya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumları, AZPROMO ilə Çexiyanın Sənaye Konfederasiyası, Sumqayıt Texnologiyalar Parkı ilə “Škoda Transportation” şirkəti, “BCC Group CJSC Azerbaijan” ilə “WITKOWITZ, A.S., RADIS D.O.O” arasında isə anlaşma memorandumları mübadilə olunub.Aprelin 27-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Azərbaycan-Çexiya biznes forumu keçirilib.
Marja xəbər verir ki, Azərbaycanın İqtisadiyyat, Çexiyanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Çexiyanın Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumda hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, ticarət, enerji, sənaye, tikinti, maliyyə, nəqliyyat-logistika, İKT və xidmət sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Biznes forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Çexiya arasında iqtisadi əlaqələrin qarşılıqlı etimad və ortaq prioritetlər əsasında inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, tərəfdaşlığın gücləndirilməsində Çexiya ilə İqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiya effektiv institusional mexanizm rolunu oynayır. Çexiya Azərbaycanın əsas ticarət və ixrac tərəfdaşlarındandır.
Azərbaycan Çexiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Bununla yanaşı, ticarətin şaxələndirilməsi iqtisadi tərəfdaşlığın əsas prioritetlərindəndir. Çexiya ilə sənaye, ticarət, investisiya, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat-logistika və digər istiqamətlər üzrə birgə fəaliyyətin geniş perspektivləri qeyd edilib. Ölkəmizin iqtisadi potensialı, əlverişli işgüzar mühiti, ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.
Çexiyanın Baş nazirinin birinci müavini, sənaye və ticarət naziri Karel Havliçek Azərbaycanla Çexiya arasında iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, keçirilən biznes forum və bu qəbildən olan tədbirlərin işbirliyinin inkişafında önəmini qeyd edib, birgə fəaliyyətin inkişafı istiqamətləri haqqında fikirlərini bölüşüb.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın investisiya potensialı və iqtisadi imkanları barədə təqdimatla çıxış edib.
Çexiya Sənaye Konfederasiyasının prezidenti Yan Rafay isə biznes dairələri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, əməkdaşlıq mexanizmləri və yeni tərəfdaşlıq imkanları barədə danışıb.
Forum çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib. AZPROMO ilə “Frýdlantské Strojírny – TR s.r.o.” şirkəti, Çexiya-Moraviya Qadın Sahibkarlar Assosiasiyası ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumları, AZPROMO ilə Çexiyanın Sənaye Konfederasiyası, Sumqayıt Texnologiyalar Parkı ilə “Škoda Transportation” şirkəti, “BCC Group CJSC Azerbaijan” ilə “WITKOWITZ, A.S., RADIS D.O.O” arasında isə anlaşma memorandumları mübadilə olunub.
Sənədlər sahibkarlığın inkişafına dəstək, biznes fəaliyyətinin genişləndirilməsi, sənaye, infrastruktur və nəqliyyat kimi sahələrdə işbirliyini təşviqini əhatə edir. Mübadilə olunan sənədlər Azərbaycan-Çexiya iqtisadi tərəfdaşlığının möhkəmləndirilməsinə və şaxələndirilməsinə töhfə verəcək.
Tədbir zamanı həmçinin B2B və B2G görüşlər təşkil olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
8 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
8 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
9 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
























