PAŞA Bank 2022-ci ilin 1-ci yarım ili üzrə maliyyə nəticələrini açıqlayıb

PAŞA Bank bu gün keçirilən mətbuat konfransında 2022-ci ilin 1-ci yarım ili üzrə maliyyə nəticələrini açıqlayıb. Qeyd edilib ki, rəqəmlər 30 iyun 2022-ci il tarixinədir və audit olunmuş konsolidasiya edilmiş maliyyə hesabatlarına əsaslanır (Rəqəmlər "PAŞA Bank Azərbaycan" ilə bərabər "PAŞA Bank Türkiyə" və "PAŞA Bank Gürcüstan"ın da maliyyə gəstəricilərini əks etdirir).
Bildirilib ki, PAŞA Bank Azərbaycanın maliyyə sektorunda öz mövqeyini qorumağa və fəaliyyətini daha da genişləndirməyə davam edib. Bank, 580 milyon 355 min manat dəyərində olan ümumi kapital həcmi ilə ölkənin ən böyük kommersiya bankı mövqeyini qoruyub saxlayıb (2021: 577 milyon 438 min manat). PAŞA Bankın cəmi aktivləri 8 milyard 59 milyon 186 min manat təşkil edib. Bu göstərici ötən ilin sonu ilə müqayisədə 15% artıb (2021: 7 milyard 8 milyon 183 min manat).
30 iyun 2022-ci il tarixinə Bankın aktivlərinin açıqlaması aşağıdakı kimidir:
-Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 31%
-Müştərilərə verilmiş kreditlər - 37%
-Kredit təşkilatlarına verilmiş kreditlər - 7%
-Qiymətli kağızlar portfeli - 23%
-Digər cari və uzunmüddətli aktivlər - 2%
2022-ci ilin ilk yarısında PAŞA Bankın ümumi kredit portfeli 1% azalaraq 3 milyard 92 milyon 607 min manat (2021: 3 milyard 123 milyon 469 min manat) təşkil edib.
Qeyd olunan dövr ərzində davamlı şəkildə müştərilərə xidmət göstərən Bank, son illər ərzində inkişaf etdirdiyi biznes əlaqələrindən bəhrələnir. Bunun nəticəsi olaraq, PAŞA Bankın müştəri depoziti bazası 6 milyard 223 milyon 408 min manata (2021: 5 milyard 181 milyon 851 min AZN) çatıb.
Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda müvafiq olaraq 72% və 28% nisbətində cəmlənib (2021: 70% and 30%).
PAŞA Bank qrupu 2022-ci ilin 6 ayı ərzində 19 milyon 177 min manat xalis mənfəət (2021 ci il 6 ayliq: 39 milyon 163 min manat) qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 172 milyon 641 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 17% çoxdur.
Beynəlxalq maliyyə institutları ilə əhatəli danışıqlar sayəsində geniş miqyaslı maliyyə alətlərindən istifadə imkanı əldə edən PAŞA Bank, korporativ müştərilərinə daha çox ticari maliyyə xidmətləri göstərməyə nail olub. Bank, həmçinin “Standard & Poor's” Qlobal Reytinq agentliyindən kredit reytinqi aldıqdan sonra müştərilərin maliyyələşdirilməsi üçün daha yaxşı şərtlər əldə edib. Bank, institusional səviyyədə müştərilərlə münasibətdə məhsuldarlığı artıraraq vaxtında peşəkar xidmətlər göstərmək üçün müxtəlif seminarlar və təlimlər keçirib.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
- 12 d. əvvəl
-
17 d. əvvəl
9 ayda dövlət büdcəsindən 218,4 milyon manat geri qaytarılıb
-
28 d. əvvəl
Gəncə Avtomobil Zavodu yerli istehsalın inkişafı istiqamətində vacib addım atıb - FOTO/VİDEO
-
1 saat əvvəl
ABŞ Azərbaycanda neft hasilatı üzrə 2026-cı il proqnozunu dəyişmə saxladı
-
1 saat əvvəl
"ABŞ-ın neft hasilatı rekord səviyyələrə çatacaq, yaxın aylarda qiymətlərə təzyiq yaradacaq"
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda qarğıdalı yığımına başlanılıb - Yığımın ilk günlərində 1000 tondan artıq məhsul götürülüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə təqdim edilməsi mümkün oldu
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Dəmiryol işçilərinə özəl - KOMİSSİYASIZ KREDİT

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

Qızılın qiyməti ilk dəfə 4 000 dolları keçdi

Rəsmi məzənnələr açıqlandı

BOKT-da növbədənkənar yığıncaq keçiriləcək

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Milyonluq mənimsəmədə ittiham olunan şəxsə hökm oxunub: 10 İL - 299 şirkətin vasitəsilə dövlət vəsaitinin yeyintisi

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
