Rusiyanın beynəlxalq ehtiyatları bir həftə ərzində 8 milyard dollar artıb
7 oktyabr 2022-ci il tarixinə Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 548,7 milyard dollar təşkil edib.Həftə ərzində ehtiyatlar 1,5% və ya 8 milyard dollar artıb.
Marja xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilir.
"Beynəlxalq ehtiyatların həcmi oktyabrın 7-nə müsbət revalvasiyanın təsiri ilə həftə ərzində 8,0 milyard dollar və ya 1,5% artaraq 548,7 milyard dollar təşkil edib", - məlumatda bildirilir.
Sentyabrın 30-da Rusiyanın beynəlxalq ehtiyatları 540,7 milyard dollar təşkil etmişdi.
Rusiya Mərkəzi Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardakı vəsaitlərdən, xüsusi borc sənədlərindən, BVF-də ehtiyat mövqeyindən və monetar qızıldan ibarətdir.
Rusiyanın xarici borcu ilin əvvəlindən 45,4 milyard dollar azalıb
Mərkəzi Bankın məlumatına görə, 2022-ci il oktyabrın 1-nə Rusiyanın xarici borcu 436,8 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin əvvəli ilə müqayisədə 9,4% (və ya 45,4 milyard dollar) azdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
9 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















