AMB/Draghi: Təşviqlər davam etməlidir
Avropa Mərkəzi Bankının sədri Mario Draghi iqtisadiyyatda toparlanmanın davam etdiyini, ancaq təşviqlərin davam etməsi lazım olduğunu bildirib.
"Marja" xəbər verir ki, Portuqaliyada keçirilən forumda çıxış edən Mario Draghi inflyasiya dinamikalarının gözləntilərdən daha aşağı olması səbəbindən hazırkı pul siyasətinin davam etdirilməsi lazım olduğunu bildirib.
Sədr "pul siyasətinin işə yaradığını və inflyasiyada da təsirlərinin mərhələli olaraq görüləcəyindən əmin ola bilərik" deyib.
Draghi, inflyasiyaya təzyiq amillərinin müvəqqəti olduğunu ancaq inflyasiyanın hədəfə geri dönüşündən əmin olmaq üçün pul siyasətində davamlılığa ehtiyac duyulduğunu ifadə edib.
Avro Zonasında iqtisadi artımın 16 rübdür davam etdiyini bildirən Draghi, bunları qeyd etdi:
"Bu artım prosesində pul siyasətinin rolu açıqdır".
Aktivlərin alışı proqramının elanından sonra, yəni 2015-ci ilin Yanvarın ayından bu yana Avro Zonasında ümumi daxili məhsulun 3,6% artdığına diqqəti çəkən Draghi, həmçinin bankın tətbiq etdiyi pul siyasətinin inflyasiyanı 2016-2019 illəri arasında 1,7 faiz bəndi artacağını təxmin etdiklərini bildirib.
Draghi, "Pul siyasətinin təsirli olduğuna, işə yarayacağı na inanırıq. Bütün işarələr indi Avro Bölgəsinin gücləndiyinə işarə edir. Deflyasiya amillərinin yerini inflyasiya amilləri alır. İnflyasiya dinamikalarının davamlı olması, yəni öz-özünü davam etdirə bilməsi üçün əhəmiyyətli miqdarda pulla təşviqə ehtiyac var. Beləliklə, inflyasiyanın hədəfə (2%-ə) qalxması üçün pul siyasətimizdə davamlılığa ehtiyacımız var", deyib.
Draghinin çıxışından sonra Avronun Dollar qarşısında bahalaşması davam edib. Avro/Dollar məzənnəsi 0,9% artaraq 1.1280 olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 21 d. əvvəl
-
-
46 d. əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
48 d. əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
1 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
2 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Gbaru.com startapı artıq Avropada!
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur






















