Nazir müavini: Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq
Avtonom nəqliyyat vasitəsinin qəza törətməsi ilə bağlı hüquqi tənzimləmələrə ehtiyac olacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin bu gün keçirilən iclasında avtonom nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Deputat Tahir Mirkişili çıxışında deyib ki, layihədə avtonom nəqliyyat vasitəsinin qəza törətməsi halında hansı cəza mexanizmləri tətbiq ediləcəyi əksini tapmayıb, bu məsələnin necə tənzimlənəcəyi maraqlıdır:
"Layihədə operatorun səhvi və ya qəsdən törədə biləcəyi hərəkətlərlə bağlı ayrıca mexanizmlər nəzərdə tutulmur. Məsələn, gələcəkdə sürücülərə tətbiq olunan cərimə balları sistemi kimi operatorlara da müəyyən bal sistemi tətbiq oluna bilərmi? Müəyyən hədd keçildikdən sonra onların fəaliyyətinə məhdudiyyət qoyula bilərmi?”.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini isə cavabında bildirib ki, bu, aktual məsələdir:
“Qanun layihəsinin hazırlanması mərhələsində də analoji suallar ortaya çıxıb və bu məsələlər geniş şəkildə müzakirə olunub. Bu gün avtonom nəqliyyat vasitələri yalnız bizdə deyil, dünyanın bir çox ölkələrində tətbiq olunur. Biz isə bu istiqamətdə hələ ilk addımlarımızı atırıq. Ümumiyyətlə, dünyada da bu sahədə qanunvericilik ilkin sınaq mərhələsindədir və bu nəqliyyat vasitələrinin real şəraitdə sınaqdan keçirilməsi üçün imkanlar yaradılır. Həmin dövr ərzində isə bütün dünyada, xüsusilə də avtonom nəqliyyat vasitələri ilə bağlı yarana biləcək etik və hüquqi məsələlər müzakirə olunur. Yəni verilən alqoritmlərin hansı meyarları əsas götürməsi, hansı qərarların necə verilməsi kimi məsələlər hazırda bütün dünyada müzakirə predmetidir. Qeyd etdiyiniz məsələlərə gəldikdə isə, artıq bir çox ölkələrdə yol-nəqliyyat hadisələrinin sayının azaldılması və avtonom nəqliyyat vasitələrinin tətbiqi ilə bağlı müxtəlif işlər aparılır və müzakirələr gedir. Lakin hazırda bu sahədə tam formalaşmış, vahid və qəbul edilmiş beynəlxalq standartlar mövcud deyil. Bütün dünya bu istiqamətdə hələ də axtarış mərhələsindədir. Ancaq qeyd etdiyiniz məsələlər, o cümlədən məsuliyyət məsələləri, avtonom nəqliyyat vasitələrinin istehsalçıları və digər subyektlərin hüquq və vəzifələri gələcək normativ tənzimləmələrdə öz əksini tapmalıdır. Biz hesab edirik ki, bu qanun qəbul edildikdən sonra müvafiq icra mexanizmləri hazırlanarkən əlavə hüquqi tənzimləmələrə də ehtiyac yaranacaq. İstər Mülki Məcəlləyə, istər Cinayət Məcəlləsinə, istərsə də digər normativ aktlara müvafiq dəyişikliklərin edilməsi gündəmdə olacaq. Eyni zamanda, avtonom nəqliyyat vasitələrinin sınaq rejimində istifadəsi, onların hansı ərazilərdə test olunması, icazələrin hansı qaydada və kimlərə verilməsi, eləcə də məsuliyyət bölgüsü kimi məsələlər növbəti mərhələlərdə daha ətraflı tənzimlənəcək. Bu, başlanğıc mərhələ olduğuna görə, təbii olaraq gələcəkdə əlavə hüquqi mexanizmlərin formalaşdırılması zərurəti yaranacaq”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı
























