Bank Hüseyn Cavid filialını açdı
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank müştərilərə daha əlçatan olmaq məqsədilə yeni filialını istifadəyə verib.
Bu dəfə açılan filial Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Ə. Haqverdiyev və Ş. Mehdiyev küçələrinin kəsişməsində (Elmlər Akademiyası metro stansiyası, “Mothercare” mağazasının yaxınlığında) yerləşir. Hüseyn Cavid filialı müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.
Kapital Bank-ın Hüseyn Cavid filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir.
Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini həyata keçirir. İndiyədək 70-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 40-dan çox yeni filial və şöbə istifadəyə verilib. Layihənin davamı olaraq ilin sonuna qədər bir sıra şəhər və rayonlarda yeni xidmət nöqtələri açılacaq, həmçinin bəzi filial və şöbələr əsaslı təmir olunaraq müştərilərin xidmətinə veriləcək.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 109 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 3 d. əvvəl
-
-
6 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 9 d. əvvəl
- 22 d. əvvəl
- 25 d. əvvəl
- 32 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb




















.jpg)




