"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Azərbaycanda daşınmaz əmlakların 8-10 %-i sığortalıdır.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin "İqtisadi zona" verilişinin efirində bildirib.
Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, sığortalama səviyyəsini kəskin artırmaq hələ ki, mümkün olmayıb.
AMB rəsmisi hesab edir ki, daşınmaz əmlakın sığortasına marağın az olmasında bu sahədə risklərin yüksək olmaması böyük rol oynayır: "Adətən sığorta hadisələrinin, o cümlədən katastrofik hadisələrin baş verdiyi ölkələrdə daşınmaz əmlakın sığortasına maraq yüksəlir, çünki insanların sığortaya ehtiyacı olur".
V.Qurbanov bir daha Azərbaycanda daşınmaz əmlakla bağlı sığorta məbləğlərinin artıralacağını xatırladıb: "Bildiyiniz kimi, hazırda əmlakın yerləşdiyi ərazidən asılı olaraq sığorta məbləğləri müəyyən edilib. Bu, sığortaçının üzərinə götürdüyü maksimum öhdəlikdir. Yəni daşınmaz əmlakın dəyəri 50 min manat olsa belə, Bakıda bu hədd 25 000 manat götürülüb. Yəni ki, 50 000 manatlıq evə zərər dəydiyi halda, sığorta şirkəti həmin ev üçün, mənzil üçün 25 000 manat öhdəlik daşıyır. İlk fazada sığorta məbləğlərinin, yəni ki, sığortaçıların öhdəliklərinin daha yüksək həddə qaldırılmasını nəzərdə tutan dəyişiklik etdik. Yaşayış sahələri və yaxud mənzillərin dəyəri onların yerləşdiyi əraziyə görə yox, 1 kvadratmetr qiymət əsasında müəyyən ediləcək. Məqsəd odur ki, əmlakın dəyərinə yaxın hədə sığortalanma olsun. İlk konseptual və strateji dəyişiklik budur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















