Aqrar Sığorta Fondunun bölgələrdə filialları fəaliyyətə başlayır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 19 avqust tarixli Fərmanı əsasında Aqrar Sığorta Fondu əhatə dairəsini genişləndirməkdədir.
Dövlət dəstəyi ilə aqrar sığorta mexanizmini həyata keçirən Fondun bölgələrdə filialları fəaliyyətə başlayır. Aqrar Sığorta Fondunun ilk filialı Göyçay rayonunda açılıb.
Şəhərin mərkəzində bütün fermerlərin rahat gəlib-gedəcəyi bir ünvanda - Natavan küçəsində fəaliyyətə başlayan filial fermerlərə müstəqil ekspertlərlə daha sıx və operativ əməkdaşlıq etmək imkanı yaradacaq.
Filialın açılış mərasimində çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, fondun bölgələrdə fəaliyyətə başlayacaq filialları fermerlərə aqrar sığorta sistemi ilə bağlı daha yaxşı xidmət göstərməyə, təsərrüfatlarda yaranan risklərə çevik reaksiya vermək imkanı yaradır.
Tədbirdə iştirak edən Göyçay Rayon İcra Hakimiyyətinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, Fondla əməkdaşlıq edən sığorta şirkətlərinin təmsilçiləri, yerli fermerlər filialın açılışından məmnun olduqlarını, bundan sonra təsərrüfatlarını sığortalayanların sayının daha da artacağını bildiriblər.
Hazırda fond tərəfindən 48 məhsul və 29 risk üzrə sığorta təminatı təqdim olunmaqdadır. Bitkiçilik məhsulları bir çox risklərdən o cümlədən dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalanır. Kənd təsərrüfatı heyvanlarının sığortlandığı risklər siyahısı da olduqca genişdir. Bura yoluxucu xəstəliklər, ilan və həşərat sancması, təbii fəlakətlər, zəhərli otlar və yemlərdən zəhərlənmə, vəhşi heyvanların hücumu, təbii fəlakətlər və yanğın, məcburi kəsim və s. risklər aiddir.
ASF kommersiya məqsədi daşımayan və könüllülük prinsipi əsasında fəaliyyət göstərən bir mexanizmdir. Fermerlər əkin sahələri və kənd təsərrüfatı heyvanlarının sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” və “Heyvandarlıq kalkulyatoru” bölmələrində hesablaya bilərlər. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.
Fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə edə bilib.
Aqrar sığorta xidmətinin keyfiyyətini artırmaq, zərərlərinin qarşılanmasında istehsalçıların və fermerlərin məmnuniyyətini yüksəltmək, xidmətlərin daha əlçatan olması məqsədilə ilin sonuna qədər daha bir neçə bölgədə Aqrar Sığorta Fondunun filiallarının açılması nəzərdə tutulur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilərlər - mənfəəti 63% artıb
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 11 saat əvvəl
Son Xəbərlər

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi
