Azərbaycandan Çinə Orta dəhlizlə yaşıl neft koksu ixrac olunub
“ADY Konteyner” şirkəti ilə “Azəralüminium” MMC-nin birgə əməkdaşlığı çərçivəsində növbəti yükdaşıma əməliyyatı həyata keçirilib. Bu dəfə Azərbaycandan Çinə konteynerlərlə yaşıl neft koksu ixrac edilib.
“ADY Konteyner"in yaydığı məlumatda bildirilir ki, Gəncə-Pingyuan marşrutu üzrə hərəkət edən blok qatarda yüklər hər biri 40 futluq olmaqla 50 konteynerdə daşınır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən qatar Ələt limanından Qazaxıstanın Aktau limanına “Barıs” fider gəmisi vasitəsilə çatdırılıb. Daha sonra Qazaxıstan ərazisi ilə Çinə istiqamət götürüb.
Konteynerlərdən səmərəli istifadə olunması məqsədilə bir müddət əvvəl ölkəmizin ərazisinə bişmiş karbon anod bloklarının gətirildiyi konteynerlərə yaşıl neft koksu yüklənərək emal üçün yenidən Çinə göndərilib.
Layihə “ADY Konteyner” və “Azəralüminium” şirkətləri arasında imzalanmış birgə yükdaşımalar haqqında anlaşma memoranduma uyğun olaraq həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)








.jpg)







