Bu gün FED üçün ən önəmli göstəricilərdən biri açıqlanacaq
FED üzvlərinin "inflyasiyanın aşağı düşməsinə nail olmaq üçün faiz dərəcələrini 4%-dən yuxarı qaldırmaq lazımdır" açıqlamalarından sonra dollar dəstək görərək dünya birjalarında bahalaşsa da, bu gün Amerikada əmək bazarına dair açıqlanacaq statistik məlumatlar, xüsusən də “NFP” göstəricisi (kənd təsərrüfatı xaric məşğulluq) öncəsi yenidən ucuzlaşıb.
Qeyd edək ki, FED-in sərt monetar siyasətini davam etdirmək üçün dəstək aldığı ən önəmli göstəricilərdən biri olması səbəbilə əmək bazarındakı mənzərənin dolların dünya birjalarındakı vəziyyətinə də ciddi təsir edəcəyini demək olar.
Artan geosiyasi risklər və geriləyən dollar indeksi fonunda qızıla tələb artmaqda davam edir. Hazırda 1791$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyərinin 1813$-a kimi bahalaşa biləcəyi ehtimal olunur.
Kənd təsərrüfatı xaric məşğulluğun iyulda 250 min artacağı gözlənilir. Məşğulluq iyunda 372 min artmışdı. İşsizlik nisbətinin dəyişməyərək 3,6%-də qalacağı gözlənilir. Əgər məşğulluqdakı artım proqnozdan yüksək olarsa FED sürətli faiz artırmağa davam edəcəkdir. İnflyasiyanın azalması üçün işsizlik də artmalıdır. Amma FED məşğulluğu qorumaqla, faizləri artırmağa çalışır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 16 d. əvvəl
-
43 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib


















