“Araz” supermarketlər şəbəkəsinin dəstəyilə 5 qazi İnsan Resurslarının İdarə Olunması ixtisasına yiyələndi
(®) Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyilə 44 günlük Vətən müharibəsinin iştirakçıları Elnur Ələkbərov, Orxan Batiyev, Şiraz Həsənov, Vüsal Həsənov və Fərid Əlirzayev Böyük Britaniyanın Maliyyə Menecerləri Assosiasiyasının rəhbəri Prins Maykl Kentin şəxsi imzası ilə beynəlxalq sertifikat əldə ediblər.
Etika Akademiyası ilə əməkdaşlıq çərçivəsində baş tutan layihədə qazilər 4 ay ərzində İnsan Resurslarının İdarə Olunması ilə yanaşı, “İşgüzar etiket”, “Sahibkarlığın inkişafı” təlimlərində də iştirak edərək müvafiq biliklərə yiyələniblər.
“Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov qazilərlə görüşərək onlara sertifikatlar təqdim edib. Səmimi keçən görüşdə qazilərin döyüş yolu, gələcək hədəfləri, müzakirə olunub. Layihənin növbəti mərhələsi olaraq, qazilər “Araz” supermarketlər şəbəkəsinin İR komandasında təcrübə proqramı keçəcəklər.
Vaxtaşırı sosial layihələrlə gündəmə gələn “Araz” supermarketlər şəbəkəsinin bu layihəni icra etməkdə məqsədi 44 günlük Vətən müharibəsinin ardından qazilərin yeni həyata adaptasiyasına dəstək olmaq, onların yeni vərdişlərə sahib olmalarını stimullaşdırmaqdır.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi ölkə üzrə yüzdən çox mağazası və 7000-dən çox əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur! Siz harada, “Araz” orada!
Veysəloğlu Şirkətlər Qrupu 28 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
7 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 35 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib

























