Kriptovalyutalarda kəskin ucuzlaşma
ABŞ-ın inflyasiya məlumatlarından sonra Fed-in pul siyasətini daha da sərtləşdirəcəyi (faiz artıracağı) gözləntilərinin güclənməsilə riskli aktivlərdən çıxış kriptovalyutalara mənfi təsir göstərib. Bitcoin-in qiyməti 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsinə düşüb.
Marja.az xəbər verir ki, Bitcoin 25 min dollara qədər ucuzlaşıb və 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyəsini test edib. Bitcoin ilə yanaşı, kriptovalyuta bazarının digər mühüm valyutalarında da kəskin ucuzlaşmalar baş verib. Bitcoin son 7 gündə 17%-ə yaxın dəyər itirib.
Ethereum son 7 gündə 30 faiz dəyər itirib. Həftənin ilk əməliyyatlarında Ethereum 1320 dollara qədər ucuzlaşıb. Binance Coin, Cardano və Solana 17 faiz dəyər itirib.
Son zamanlar riskli aktivlər hesab edilən kriptovalyutalar, ABŞ-dakı yüksək inflyasiyanın daha aqressiv sərt pul siyasətinə səbəb olacağı gözləntilərilə ucuzlaşırlar.
ABŞ-da inflyasiya rəqəmlərinin proqnozları aşması, valyuta bazarlarında FED-in növbəti üç iclasının hər birində 0,50 bəndlik faiz artıracağı kimi qiymətləndirilir.
May ayında ölkədə inflyasiya illik 8,6 faizə yüksəlib. Baza inflyasiyası da gözləntiləri üstələyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 13 d. əvvəl
-
40 d. əvvəl
Qızılın qiyməti İran gərginliyi və gömrük tarifləri fonunda 5200 dollara yüksəlib
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT-un nizamnamə kapitalı 3 milyon manatı aşıb
Azərbaycan neftinin son qiyməti
“Zirə Gülçülük” şirkətinin gəliri və xalis mənfəəti azalıb
Xocalı soyqırımından 34 il ötür
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib

















