Aqrar Sığorta Fondu fermerlərə müraciət edir
Aqrar Sığorta Fondu fermerlərə müraciət edir.
Müraciətdə deyilir:
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları üzrə sığorta müqavilələrinə əsasən təminat verilən risklər nəticəsində hadisə baş verərsə, zərər dəymiş fermerlərin ərazilərinə dair sığorta ödənişinin düzgün hesablanması üçün biçindən öncə 2-ci, yəni YEKUN qiymətləndirmənin həyata keçirilməsi zəruridir. Bununla bağlı fermerlərdən məhsulların biçinindən 10 gün əvvəl məlumat verməyi xahiş olunur.
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasında məhsul təminatına dair sığorta müqavilələri üzrə sığorta hadisəsi məhsulun inkişaf dövründə baş verərsə, onun tam məhv olduğu hallar istisna olmaqla, müstəqil ekspert qiymətləndirmə apararaq sığorta hadisəsi barədə rəyini təqdim edir, idarəedici qurum isə öz növbəsində sığortalanmış məhsulun yığım dövründə zərərin dəqiq qiymətləndirilməsi və məhsuldarlığın ölçülməsi üçün biçindən əvvəl yenidən müstəqil ekspert təyin edir.
Sözügedən aqrar sığorta növü üzrə məhsul təminatına dair sığorta müqavilələrində sığorta ödənişi yığım dövründən sonra ödənilir. Hesablamaya əsasən sığorta ödənişi sığorta hadisəsi nəticəsində müstəqil ekspertlər tərəfindən qiymətləndirilən və sığorta ödənişinin hesablanmasında əsas götürülən zərər faizi müstəqil ekspert tərəfindən biçindən əvvəl qiymətləndirilərək müəyyən olunan faktiki məhsuldarlıq miqdarına əsasən hesablanan sığorta məbləğinə tətbiq edilməklə müəyyən edilir.
Aqrar Sığorta Fondu 43 növ bitki və məhsulu sığorta edir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini çoxsaylı risklərdən, o cümlədən təbiət hadisələrindən – dolu, fırtına, qasırğa, sel və ya subasma, leysan, ildırım, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları və sair hallardan sığortalayır. Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
11 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 16 d. əvvəl
-
-
22 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
27 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 56 d. əvvəl
-
58 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb



















.jpg)





