Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
Uzağı yüksək keyfiyyətli çəkiliş imkanı. Xiaomi 17T Pro alıcıları Xiaomi REDMI Pad 2 planşetini pulsuz əldə edə biləcəklər(®) “Baku Marriot Hotel Boulevard”da qabaqcıl Leica texnologiyaları ilə təchiz edilmiş yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri baş tutub.
Belə ki, istehlakçı elektronikası sahəsində innovasiyaları ilə seçilən Xiaomi şirkəti bu tədbirdə "Hər tərəfli foto flaqmanı" statusuna sahib olan yeni modellərini media nümayəndələrinə nümayiş etdirib.
Yeni seriya iki güclü modeldən ibarətdir: Xiaomi 17T və Xiaomi 17T Pro. “Telefoto sənətinin ustası” şüarı altında təqdim olunan bu smartfonlar xüsusilə fotoqrafiya və video çəkiliş həvəskarları üçün inqilabi yeniliklər vəd edir.
Telefoto sənətinin ustası
Xiaomi 17T seriyasına aid smartfonların əsas üstünlükləri sırasında ilk olaraq peşəkar çəkiliş imkanları dayanır. Cihazlar uzaq məsafələrdən yüksək keyfiyyətli kadrlar əldə etmək üçün “Leica Summilux” optik obyektivlərinə malik “Leica 5x Telefoto” kamerası ilə təchiz olunub. Bununla yanaşı, süni intellekt dəstəkli 120 dəfəyə qədər “AI Ultra Zoom” funksiyası uzaqdakı detalların maksimum dəqiqliyini qorumağa kömək edir. Hər iki versiya 50 MP əsas kamera və 32 MP ön kamera ilə təchiz olunub.
Canlı və dinamik portret çəkilişləri üçün isə “Leica Live Moment” funksiyası unikal imkanlar yaradır.
Xiaomi texnologiyasının yeni təkamülü
17T seriyasını rəqiblərindən fərqləndirən digər üstünlüklərə göz sağlamlığını qoruyan “Xiaomi EyeCare Shield” funksiyalı 6.59 və 6.83 düymlük ekranları misal göstərmək olar. 120 Hz /144 Hz tezliklərə sahib bu ekranlar istifadəçilərinə olduqca səlis görüntü təqdim edir.
Cihazların enerji uzunömürlülüyü isə 67 Vt/100 Vt naqilli və 50 Vt naqilsiz “HyperCharge” sürətli enerji doldurma imkanlarına sahib 6500 mAh və 7000 mAh tutumlu silikon-karbon batareyaları ilə təmin edilir.
Yüksək performans və premium dizaynı özündə birləşdirən bu seriya güclü “MediaTek Dimensity 8500U” (Xiaomi 17T) və “MediaTek Dimensity 9500” (Xiaomi 17T Pro) prosessorları ilə çalışır.
Qeyd edək ki, yeni modellər əsasən dərin mavi (Xiaomi 17T Pro) və bənövşəyi (Xiaomi 17T) rəng seçimləri ilə təqdim olunur.
Hədiyyələrlə birgə haradan almaq olar?
Xiaomi yeni flaqman cihazı alıcılarına xüsusi hədiyyə təklif edir. Belə ki, Xiaomi 17T Pro alıcıları Xiaomi REDMI Pad 2 planşetini pulsuz əldə edə biləcəklər. Alıcılar planşet üçün 24 aylıq zəmanətdən və bir dəfəlik pulsuz ekran dəyişdirilməsindən yararlana biləcəklər.
Yeni Xiaomi 17T seriyası artıq Kontakt, Irshad, Baku Electronics və Soliton mağazalar şəbəkələrində satışdadır. Smartfonlar aşağıdakı tövsiyə olunan pərakəndə satış qiymətləri ilə təqdim olunur:
• Xiaomi 17T (12 GB + 256 GB) - 1 399 AZN-dən
• Xiaomi 17T (12 GB + 512 GB) - 1 599 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 256 GB) - 1 899 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 512 GB) - 2 149 AZN-dən
• Xiaomi 17T Pro (12 GB + 1 TB) - 2 499 AZN-dən
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
16 d. əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
-
1 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
1 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib

















.jpg)


