Azərbaycanda ilk dəfə həyata keçirilən “agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu
Azərbaycanda ilk dəfə həyata keçirilən “Agent bankçılıq” layihəsi daha bir regionda – Qəbələ şəhərində əhaliyə təqdim olunub.
“Azərpoçt” MMC-nin yaydığı məlumatda bildirilir ki, “Agent bank” rolunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC “Access Bank” QSC ilə əməkdaşlıq çərçivəsində yerinə yetirir. Vətəndaşlar Qəbələ şəhəri, Həzi Aslanov 39 ünvanında yerləşən “Azərpoçt” MMC filialında “AccessBank” QSC-nin təqdim etdiyi maliyyə xidmətlərindən istifadə edə bilərlər.
Qeyd edilib ki, layihə Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilir. Bütün ölkə vətəndaşları üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədi daşıyan “agent bankçılıq” modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında başlanılmışdı. Mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi 15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.
Hazırda “Azərpoçt” MMC-nin hər iki regiondakı filialında müştərilərə, tələbata əsasən, mikro və aqrokreditlər, həmçinin istehlak kreditləri və debit kartları təklif olunur.
Məlumat üçün bildirək ki, “agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilat tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün bu modeldən geniş istifadə olunur.
“Azərpoçt” MMC və “Access Bank” QSC arasında əldə olunmuş razılığa əsasən, növbəti mərhələdə “agent bankçılıq” layihəsinə Masallı və Zərdab rayonları qoşulacaq.
Üçəsrlik tarixə malik “Azərpoçt” MMC 1500-ə qədər şöbəsi ilə bu gün ənənəvi poçt xidmətlərinin icrası ilə yanaşı, maliyyə, logistika və “retail” xidmətləri də göstərərək ölkə vətəndaşlarının bu xidmətlərə əlçatanlığını təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
30 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
33 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 58 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
16 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!

























