“PAŞA Bank” böyük özəl səhiyyə şirkətilə əməkdaşlığına əsasən yeni üzvlük kartını təqdim edir
“PAŞA Bank” növbəti uğurlu əməkdaşlığını təqdim edir!(®) “PAŞA Bank”, dünyanın ən böyük özəl səhiyyə təminatçılarından biri olan “Acıbadem Healthcare Group” ilə yeni əməkdaşlığına əsasən “Acıbadem Health Point & PASHA Bank” üzvlük kartını təqdim edir.
“Health Point” kartı müştərilərin səhiyyə ehtiyaclarının yüksək keyfiyyətlə və xüsusi imtiyazlarla qarşılanmasını təmin edir. Yüksək keyfiyyətli xidmətlərdən imeyl, “Acıbadem Health Point” mobil tətbiqi və ya çağrı mərkəzi vasitəsilə yararlanmaq mümkündür.
Kartın imtiyazlarına daxildir:
- “Acıbadem Healthcare Group”un dünya şöhrətli həkimlərindən ikinci tibbi rəy;
- Tibbi və Stomatoloji prosedurlara 10% endirim;
- İstanbulda “Acıbadem Mobile” tərəfindən xüsusi ev baxımı xidmətlərində müxtəlif endirimlər;
- Bütün “Café APlus”larda 15% endirim;
- İngilis, ərəb, rus və fransız dillərinə sinxron tərcümə;
- İstanbula səfəriniz zamanı bütün hava limanlarında “Health Point Welcome Lounge”a giriş;
- İstanbuldakı “Acıbadem” xəstəxanalarından “VIP” transfer;
- “Avantgarde” (Levent və Bodrumda) və “Divan” hotellərində (İstanbulda) xüsusi endirimlər və s.
“Acıbadem Health Point“ kartı yeni sifariş olunan “PAŞA Bank Miles&Smiles Black” və “World Elite” kartları ilə birgə, tamamilə ödənişsiz olaraq təqdim olunacaq.
Bununla yanaşı, kart sahiblərinin 1-ci dərəcəli qohumları da qeyd olunan xidmətlər üzrə imtiyazlar əldə edəcəklər.
“PAŞA Bank Miles&Smiles” kartı ilə bağlı ətraflı: miles.pashabank.az, *8123 / *9123
“Acıbadem” Bakı ofisi: [email protected], +994 12 595 96 81, +994 55 222 95 81
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
30 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
33 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 58 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
16 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!
























