Bazarlarda bütün diqqətlər Fed-in faiz qərarına çevrilib
Fed, aşağı işsizlik və ləng gedən inflyasiya dilemması arasında qalmış vəziyyətdədir.
"Marja" "Fox News"a istinadən xəbər verir ki, Fedin Çərşənbə günü (bu gün) iclasında faizi artıracağı haradasa qətidir. İndi investorların diqqəti, inflyasiyanın aşağı və əmək bazarının isə gücünü qoruduğu mürəkkəb bir şəraitdə Fed-in balaını nə zaman azaltmağa başlayacağına çevrilib.
Fed-in faizləri 0.25 bənd artırmaq qərarı verdiyi Mart ayı toplantısından bu yana açıqlanan göstərici, ABŞ iqtisadiyyatında işsizlik nisbətinin 4 faizə düşdüyünü göstərib. Ancaq, Fed-in əsas üstünlük verdiyi inflyasiya göstəricisi, baza şəxsi istehlak xərcləri indeksi, illik müqayisədə azalma qeyd edərək 1.5 faiz səviyyəsinə enib. Bu səviyyə, Fed-in 2%-lik hədəfindən xeyli aşağısıdır.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
"USA Today"in xəbərinə görə, Fed-in Çərşənbə axşamı iclasında qəti baxılan 0.25% bəndlik faiz artırımı, Dekabrdan bu yana üçüncü faiz artırımı olacaq. Əksər iqtisadçı, Çərşənbə günkü toplantısının ardından Fed-in 2017-ci il üzrə faiz artırımı proqnozlarına sadiq qalacağına inanır. Fed sədri Janet Yellen isə 4.5 trilyon dollar dəyərində balansı mərhələli şəkildə kiçiltməyə başlamaq planını ən erkən 2017-nin payızında açıqlayacaq. Janet Yellenin bu açıqlamasının uzun müddətli faizləri yuxarı qaldıracağı gözlənilir.
Fed, faizləri yeddi il ərzində rekord aşağı səviyyə olan 0-da saxlanmasının ardından, 3 dəfə faiz artırıb. 2015 və 2016 Dekabr aylarında və bu ilin Mart ayında faizlər 25 bənd artırılıb. Fed-in 2017-ci ili üçün əvvəlki proqnozu 3 dəfə faiz artırılması idi.
TƏLİM HESABI İLƏ QAZANMAĞI ÖYRƏN !
İnvestorlar bu gün Fed-in faizi 100% artıracağını gözlədikləri halda, gələcək faiz artırımlarına dair qeyri-müəyyənliklər mövcuddur. Bir sıra ekspertlər Sentyabr ayında faizin yenidən artırılacağını gözləyərkən, bəzi ekspertlər isə Fed-in faizləri təkrar artırmaq üçün Dekabr ayına qədər gözləyəcəyi fikirindədir. Fed rəsmiləri, May ayında etdikləri açıqlamalarda, 2017-nin əvvəlində inflyasiyada və iqtisadi artımda reallaşan səngimənin "müvəqqəti" olduğuna qərar vermək üçün daha çox vaxta ehtiyac duyduqlarını bildirmişdilər.
Qeyd edək ki, Fed faiz qərarını Bakı vaxtı ilə 22:00-da açıqlayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 3 d. əvvəl
-
-
27 d. əvvəl
Qadın sahibkarlar üçün “Hər işdə birinci qadınlar” yarmarkası keçiriləcək
-
31 d. əvvəl
2026-da sənaye zonalarında 16 yeni müəssisə fəaliyyətə başlayacaq, 2-sinin təməli qoyulacaq
-
48 d. əvvəl
“Coca-Cola CCI” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsini elan edir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
2 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Lənkəranda 90 çarpayılıq "Yaşa Hospital" açılıb
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
Ən çox oxunanlar
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
"Son illər kartofçuluqda xərclər 2 dəfəyə yaxın artıb"
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir






















