“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
Göygöl Şərab Zavodunun məhsulu olan “Karabakh” Böyük Britaniyanın London şəhərində keçirilən və şərabçılıqla spirtli içkilər sahəsində dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrindən biri hesab olunan IWSC – International Wine & Spirit Competition çərçivəsində uğur qazanıb.
Müsabiqəyə təqdim olunan məhsul beynəlxalq ekspertlər tərəfindən qiymətləndirilib və 100 mümkün baldan 87 bal toplayaraq Bürünc medala layiq görülüb. Bu nəticə “Karabakh” şərabının keyfiyyət göstəricilərinin beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisi hesab olunur.
1969-cu ildə Böyük Britaniyada təsis edilən International Wine & Spirit Competition yüksək qiymətləndirmə standartları, ciddi kor dequstasiya sistemi və peşəkar beynəlxalq münsiflər heyəti ilə tanınır. IWSC mükafatı məhsulun yalnız yerli bazarda deyil, qlobal şərab sənayesində də keyfiyyət və peşəkarlıq meyarlarına cavab verdiyini təsdiqləyən nüfuzlu göstəricilərdən biridir.
Göygöl Şərab Zavodu ölkənin şərabçılıq ənənələrini yaşadan aparıcı müəssisələrdən biri kimi tanınır. Müəssisə fəaliyyətində müasir istehsal yanaşmalarını tətbiq etməklə yanaşı, məhsul keyfiyyətinin qorunmasına və inkişafına xüsusi önəm verir. Zavodun məhsulları həm daxili bazarda, həm də xarici ölkələrdə istehlakçılara təqdim olunur. Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim spirtli içki istehsalçılardam biridir. Müəssisənin “Xan 1860” brendi altında təqdim etdiyi məhsullar, xüsusilə özünəməxsus dad xüsusiyyətləri ilə seçilən “Karabakh” şərabları müxtəlif ölkələrə ixrac olunur və dəfələrlə beynəlxalq mükafat və sertifikatlara layiq görülüb.
Müəssisə fəaliyyət istiqamətlərini genişləndirərək 2026-cı ildən etibarən “Göygöl” brendi altında təbii içməli suların və “Tutu” brendi ilə müxtəlif dadlarda limonadların istehsalına da başlamışdır. Yeni məhsullar şirkətin məhsul portfelini daha da zənginləşdirərək istehlakçılara müxtəlif və keyfiyyətli seçimlər təqdim etdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
40 d. əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
- 42 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
Ən çox oxunanlar
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)










.jpg)


