Azərbaycanın ən böyük bankı ipoteka kreditinin şərtlərini dəyişdi
6%-dən başlayan və 25 illik daxili ipoteka!(®) ABB daxili ipoteka kreditinin şərtlərini dəyişib.
Mənzil, yaxud fərdi yaşayış evi almaq istəyən müştərilər daxili ipoteka kreditlərini ABB-dən indi cəmi 6%-dən başlayan illik faiz dərəcəsi ilə, minimum 15% ilkin ödənişlə, 25 ilədək müddətə ala bilərlər. Kreditin maksimal məbləği 500 000 manata qədərdir.
ABB 30-dan çox tikinti şirkəti ilə tərəfdaşlıq edir. Müştərilərə geniş və sərfəli seçim imkanı yaratmaqla yanaşı, ölkəmizdə tikinti biznesinin inkişafına da töhfə verir. ABB-nin daxili ipoteka kreditlərinin şərtləri barədə daha ətraflı məlumatı buradan əldə etmək olar. Krediti buradan onlayn sifariş edə bilərsiniz. Müraciət 3-5 gün ərzində icra olunur.
Qeyd edək ki, Bank müştərilərə təkcə son bir ildə 200 milyon manatdan çox ipoteka krediti verib. Belə bir göstərici ilə ABB ölkəmizin ipoteka bazarının liderlərindəndir. Bank daxili resursları ilə yanaşı, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına da ipoteka krediti ayırır. Bu kreditlərin də müddəti 25 ildir. Maksimal məbləği isə 150 000 manata qədərdir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
6 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
6 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















