Kreml: Putin nüvə silahına əl ata bilər
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya prezidenti Putin ölkələri üçün “təhlükə” görsələr, nüvə silahına əl atacaqlar.
Marja xəbər verir ki, Peskov CNN televiziyasında Kristian Amanpurun verilişinin qonağı olaraq Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə imkanlarından hansı şərtlərdə istifadə edəcəyi ilə bağlı suala Peskov, "Bizim daxili təhlükəsizlik anlayışımız var. O, ictimaiyyətə açıqdır, oxuya bilərsiniz. Nüvə silahının hansı hallarda istifadə oluna biləcəyi deyilir. Əgər ölkəmiz üçün ekzistensial təhlükə varsa, o zaman bu (nüvə silahı) bizim konsepsiyamıza görə istifadə oluna bilər”. -deyə cavab verib.
“Putin hələ öz məqsədlərinə çatmayıb”
Putinin Ukraynada indiyə qədər məqsədlərinə nail olub-olmaması ilə bağlı suala Peskov: "Hələ yox. O, hələ ki, məqsədlərinə çatmayıb" deyib.
Ukrayna müharibəsini “xüsusi hərbi əməliyyat” olaraq xarakterizə edən Peskov, “Əməliyyatımız əvvəlcədən müəyyən edilmiş plan və hədəflərə uyğun olaraq davam edir” deyib.
Peskov əlavə edib ki, bu əməliyyatın məqsədi Ukraynanı silahsızlaşdırmaq, onun neytrallığını təmin etmək, millətçi ünsürləri aradan qaldırmaq, Krımın Rusiyaya aid oldğunun, Donetsk və Luqanskın müstəqilliyinin tanımasıdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























