Rusiyanın ehtiyatları bütün zamanların ən yüksək səviyyəsinə çatıb
Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiya Federasiyasının beynəlxalq ehtiyatları 1,4 milyard dollar artaraq yanvarın 21-nə 639,6 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, fiskal qayda çərçivəsində valyuta alışı nəticəsində ehtiyatlar 0,2% artıb, mənfi yenidən qiymətləndirmə ilə qismən kompensasiya edilib.
Mərkəzi Bankın məlumatına görə, yanvarın 14-nə Rusiya Federasiyasının beynəlxalq ehtiyatlarının həcmi 638,2 milyard dollar təşkil etmişdi.
Beləliklə, 21 yanvar 2022-ci il tarixinə olan məlumata görə, beynəlxalq ehtiyatlar tarixi maksimumunu yeniləyib.
Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardan, xüsusi borclanma hüququndan, BVF-də ehtiyat mövqeyindən və qızıldan ibarətdir. Rusiya Federasiyası Mərkəzi Bankının beynəlxalq ehtiyatlar üçün hədəf səviyyəsi 500 milyard dollardır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
22 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















