Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.
1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.
1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.
1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.
İki dəfə - 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə seçilib.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçildi).
1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞPA-nın Büro üzvü seçilib.
2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.
2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) toplayaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.
Azərbaycan xalqı öz seçimini etdi. Xalq siyasi sabitliyə, firavanlığa və davamlı sosial-iqtisadi inkişafa səs verdi.
2016-cı il bir daha Azərbaycan xalqı ilə onun Prezidentinin birliyini nümayiş etdirdi. Bu ilin aprelində qəhrəman Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni işğalçılarına sərt cavab verdi. İşğalçılardan böyük ərazini azad edən və ölkə tarixinə daha bir şanlı səhifə yazan ordumuz bütün dünyaya Azərbaycanın gücünü və nə olursa-olsun, işğal olunmuş torpaqları azad etmək niyyətini nümayiş etdirdi. Bu hadisələr son illərdəki vəziyyəti birdəfəlik dəyişdi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında status-kvonun saxlanmasının qəbuledilməz olduğunu təsdiq etdi.
Azərbaycan xalqı bu ilin sentyabrında Konstitusiyaya dəyişikliklərlə bağlı referendumda səs verərək Prezident İlham Əliyevin Azərbaycanın siyasi və iqtisadı sabitliyinin təminatı olan təşəbbüsünü dəstəklədi. Azərbaycan Prezidentinin imzaladığı Referendum Aktında Konstitusiyanın 29 maddəsi üzrə dəyişikliklər nəzərdə tutulurdu. Azərbaycan xalqının iradəsi referendumun nəticələrində öz əksini tapdı. Azərbaycan xalqı 29 bəndin hər birinin lehinə səs verdi ki, bu da ölkəmizin inkişafının yeni mərhələsinin başlanğıcı oldu.
Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
- 20 saat sonra
-
-
34 d. əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
34 d. əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 40 d. əvvəl
-
56 d. əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 2 saat əvvəl
-
5 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
Almaniyada kerosin bahalaşması aviareyslərin ixtisarına səbəb ola bilər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Ən çox oxunanlar
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)
.jpg)






.jpg)







