“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
“Qarabağdan Silikon Vadisinə” startap proqramına qeydiyyat davam edir. Qarabağda keçiriləcək finalda isə ümumi qalib komandaya 50 min dollar investisiya və beynəlxalq bazarlara çıxış imkanı təqdim olunacaq.Azərbaycanda fəaliyyət göstərən şirkətlər və onların ingilisdilli əməkdaşları üçün nəzərdə tutulan “Qarabağdan Silikon Vadisinə” startap proqramına qeydiyyat davam edir.
Proqram 15 müxtəlif sənaye istiqamətini əhatə edir; bunlara FinTech, Süni İntellekt, Kiber Təhlükəsizlik, Enerji, Kənd Təsərrüfatı və digər sahələr daxildir. Hər bir iqtiqamətin Azərbaycanda uyğun dövlət qurumu tərəfindən dəstəklənir.
Hər istiqamət üzrə qalib komanda 5,000 ABŞ dolları məbləğində mükafat qazanaraq final mərhələsinə vəsiqə əldə edəcək. Qarabağda keçiriləcək finalda isə ümumi qalib komandaya 50,000 ABŞ dolları həcmində investisiya və beynəlxalq bazarlara çıxış imkanı təqdim olunacaq. Təlimlər Silikon Vadisindən olan beynəlxalq ekspertlər və mentorlar tərəfindən aparılacaq.
Proqram 3 aylıq intensiv venture-quruculuğu və startap müsabiqəsi formatında təşkil edilir. İştirakçılar bankçılıq, telekommunikasiya, enerji, texnologiya və dövlət sektorlarında çalışan, sahibkarlığa marağı olan, minimum 3 il iş təcrübəsinə və ingilis dili biliyinə malik peşəkarlar arasından seçiləcək.
Yüksək sosial-iqtisadi dəyər yaratmağı hədəfləyən proqramdan əldə olunan gəlirin bir hissəsi Qarabağda elm və innovasiya mühitinin gücləndirilməsinə, eləcə də sahibkarlıq mədəniyyətinin inkişafına yönəldiləcək. Təşəbbüs regionda davamlı və texnologiya əsaslı iqtisadi inkişafın təşviqini qarşısına məqsəd qoyur.
Bütün özəl və dövlət qurumları layihəyə qoşulmağa dəvət olunur. Ətraflı məlumat və qeydiyyat üçün www.qarabag2silicon.com saytına daxil ola bilərsiniz. Qeydiyyat üçün son tarix 10 iyun 2026-cı ildir.
Proqramın açılış mərasiminin 07 iyul 2026-cı il tarixində keçirilməsi planlaşdırılır.
Layihənin təşəbbüskarı Azərbaycanda "GoldenPay" və ölkənin ilk onlayn ödəniş platforması olan hesab.az layihələrini uğurla həyata keçirərək satışını reallaşdırdıqdan sonra ABŞ-da "Technovate" şirkətini quran azərbaycanlı sahibkar Fərid İsmayılzadədir. Technovate venture studio modeli əsasında fəaliyyət göstərən innovasiya platformasıdır və Azərbaycanla yanaşı region ölkələrindən çıxan perspektivli ideyaların startap-a çevrilməsini və onların qlobal bazarlara çıxışını dəstəkləyir. Hazırda studiya tərəfindən inkubasiya olunan 5 startap ABŞ bazarında fəaliyyət göstərir və hər biri milyonlarla dollar dəyərində qiymətləndirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 33 d. əvvəl
- 47 d. əvvəl
-
-
54 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib

























